• $
  • €
  • ₽
  • ₺
  • £

Tərtərdə minaya düşən gəncin qardaşı: "Onun müalicəsi üçün maddi yardıma ehtiyac var"

Tərtərdə minaya düşən gəncin qardaşı: "Onun müalicəsi üçün maddi yardıma ehtiyac var"
15.10.2018 16:01
Bir neçə gün bundan öncə Tərtərdə minaya düşən rayonun Həsənqaya kənd sakini Azad Həsənovun müalicəsi üçün maddi yardıma ehtiyac var.
 
Anews.az A24.az-a istinadən xəbər verir ki, minaya düşən Azadın qardaşı Ceyhun Həsənov məlumat verib. O bildirib ki, hazırda Bərdə rayonunda müalicə alan qardaşının vəziyyəti yaxşı deyil: "Dünən komadan ayıldı və palataya yerləşdirdilər. Bu gün isə vəziyyəti yenidən ağırlaşdığından təkrar olaraq reanimasiyaya yerləşdirdilər. Hələ ki, ayılmayıb. Maddi cəhətdən köməyə ehtiyacımız var. İcra Hakimiyyəti də bilir bunu. İcra Hakimiyyətindən cəmi iki dəfə gəlib maraqlanıblar, amma heç nə deməyiblər bizə. Ona görə də biz də maddi köməkliklə bağlı qohum-əqrəbaya demişik. Ki, kimin gücü nəyə çatırsa, kömək etsin”.



Qeyd edək ki, oktyabrın 11-də səhər saatlarında Kəlbəcər rayonundan məcburi köçkün olan 1996-cı il təvəllüdlü Azad Həsənov Həsənqaya kəndi ərazisində, neytral zonada minaya düşüb.

Xatırladaq ki, bu, Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol