Bərdədə QANDONDURAN HADİSƏ: Ov əvəzi dostunu güllələyib öldürdü - VİDEO

Bərdə rayonunda ov zamanı ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Gulgəzli kənd sakini, 24 yaşlı Sadiq Tapdıqbəyli dostu və sinif yoldaşı olan Yaşar Kərimovu güllələyib. Nəticədə 24 yaşlı Yaşar Kərimov aldığı güllə yarasından hadisə yerində ölüb.
Bərdə rayon Prokurorluğundan "Report"un yerli bürosuna bildirilib ki, hadisəni törədən S.Tapdıqbəyli saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Bərdə rayon sakini dostunu güllələyərək öldürüb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Gülgəzli kəndi ərazisində baş verib.
İlkin məlumatlara görə, hadisə ov zamanı baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























