• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıbala Abutalıbov: “Sürüşmə zonasında gərginlik azalmayıb”

Hacıbala Abutalıbov: “Sürüşmə zonasında gərginlik azalmayıb”
29.05.2020 10:09
Dünən axşam saatlarında Xəzər dənizində baş verən 2,7 bal gücündə zəlzələ Bakının Badamdar qəəbəsindəki sürüşmə zonasına da təsir edib.

Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

H.Abutalıbovun sözlərinə görə, mütəxəssislər bu qənaətə gəlib: "Ona görə də biz hərtərəfli işləyirik. Ərazini müşahidə edən dron quraşdırılıb. Sürüşmə zonasındakı vəziyyət hər an izlənilir. Ərazidə gərginlik artmayıb, amma azalmayıb da.

Digər tərəfdən biz istəyirik ki, ərazidə 150 metr dərinliyində 5 quyu qazılsın ki, biz suyun səviyyəsini aşağı endirə bilək. Hələ ki, yapon mütəxəssislər araşdırmaları davam etdirir. Onların yekun rəyindən sonra biz qərar verəcəyik".

Qeyd edək ki, sürüşmə zonası ilə bağlı yaradılmış Qərargahın yaydığı son məlumata görə, ərazinin üst hissəsindəki evlərin hasarlarının birində eni 2, hündürlüyü 1 metr olan hissədə uçqun töküntü prosesi qeydə alınıb.

Ərazidə saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə zonasında gərginlik davam edir. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti müşahidə olunub. (trend)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol