• $
  • €
  • ₽
  • ₺
  • £

“Sovetski”dən köçmək istəyən ailələrin sayı 3 minə çatır

“Sovetski”dən köçmək istəyən ailələrin sayı 3 minə çatır
31.10.2014 20:02
Köçürmə Komissiyasının sədri: “1780 mənzil və qeyri-yaşayış sahəsi sökülüb”“Bakı Şəhər İcra Hakimiyyəti başçısının 501 saylı 12 dekabr tarixli 2013-cü il tarixli sərəncamında nəzərdə tutulan söküntü ərazisinə düşən yaşayış və qeyri-yaşayış sahələrində üçüncü və dördüncü mərhələlər üzrə son 10 gün ərzində 834 ünvanda texniki inventarlaşdırma və ölçü işləri aparılıb”.Bu barədə APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib.S. İslamov bildirib ki, ilk birinci və ikinci mərhələlər də daxil olmaqla, indiyə qədər 4256 daşınmaz əmlak obyektində ölçü işləri aparılıb. Müəyyən edilmiş şərtlərlə yaşayış və qeyri-yaşayış sahələrini satmaq istəyən ailələrin sayı 2620-ə çatıb. 2265 yaşayış və qeyri-yaşayış sahəsinin sahibi ilə razılaşma protokolu imzalanıb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır. Komissiya sədri 1780 mənzil və qeyri-yaşayış sahəsinin söküldüyünü də açıqlayıb.Qeyd edək ki, Bakının “Sovetski” məhəlləsində 10 500-ə qədər yaşayış və qeyri-yaşayış sahəsi var. Ölçü və inventarlaşdırma işlərinin aparıldığı birinci mərhələ Bakının Yasamal rayonunda N. Nərimanov heykəlindən Vergilər Nazirliyinə qədər ərazini, ikinci mərhələ “Sovetski”dən Abdulla Şaiq küçəsinə qədər ərazini əhatə edib. Bu ərazilərdə 3500 yaşayış və qeyri-yaşayış sahəsi olub.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol