• $
  • €
  • ₽
  • ₺
  • £

“Xırdalan şəhəri batır” - Təhlükə XƏBƏRDARLIĞI

“Xırdalan şəhəri batır” - Təhlükə XƏBƏRDARLIĞI
16.10.2018 09:47
"Xəzər dənizinin sahili, bura yaxın ərazilər üçün xüsusi layihə işləyib hazırlamışdım. Layihədə dənizə yaxın yerlərin, sahilboyu ərazilərin yalnız istirahət, çimərlik məqsədilə istifadəsi nəzərdə tutulurdu”.


Bu barədə Modern.az-a Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova danışıb. Onun fikrincə, heç bir halda dənizə yaxın yerlərdə yaşayış binalarının, xüsusilə, çoxmərtəbəli tikililərin yerləşməsi məqsədəuyğun deyil:


"Dənizdən bir qədər aralı, yuxarı hissələrdə isə kiçik yaşayış yerlərinin salınması, terras evlərin tikilməsi layihəmdə qeyd olunmuşdu. Süxurların xassələrindən asılı olaraq, yuxarı hissələrdə yaşayışa icazə verilə bilər. Lakin bütün bu təkliflərimə diqqət yetirilmədi. Əvəzində çoxmərtəbəli binalar tikildi. Üstəlik, dənizə kifayət qədər yaxın, aşağı hissələrdə bu binalar ucaldıldı.

Hazırda Əhmədli ərazisində də dənizə yaxın yerlərdə sürüşmə təhlükəsi var. Hər hansı gözlənilməz hadisə baş verərsə, sürüşmə yaranarsa, Əhmədlinin dənizkənarı hissələri ciddi təhlükə ilə qarşılaşacaq.

Bundan başqa, Xırdalan ərazisi də az qala çökmə ilə üz-üzədir. Heç kimin xəbəri yoxdur ki, Xırdalanın yerləşdiyi ərazidən, torpağın alt qatlarından çoxlu çaylar axır. Xırdalan demək olar, batır. Dediyim kimi, bir fövqəladə  hal, tektonik təkanlar, sürüşmələr baş verərsə, bu ərazilərdə yaşayış iflic hala düşə bilər”.


Z. Budaqovanın sözlərinə görə, Azərbaycan şəhərlərindən yalnız Sumqayıt müəyyən qədər şəhərsalma qanunlarına uyğun salınıb:


"Bu şəhərdə binalar bir-birindən uzaqdır, dəniz kənarında çoxmərtəbəli binalar yoxdur. Küçələr enli, genişdir. Buna görə, Sumqayıt bünövrə baxımından daha möhkəmdir.

Azərbaycanın regionlarından Qazax zonası daha bərk süxurları olan torpaqlara malikdir. Orada monitorinq keçirmişik, divarları Qız qalasının divarlarına bənzəyən qalalar var. Həmin abidələrin bənzərləri Gürcüstanda istiqamətində də var. Tarixi çox qədim olan bu ərazilərin relyefi dözümlüdür. Çünki dənizdən kənardırlar, axan çaylar süxurların möhkəmliyinə təhlükə deyil. Qazax ərazisində vaxtilə iri bir göl olub, sonradan quruyub. Həmin yerlər yaşayış massivi salmaq üçün idealdır.

Xəzər sahilinin cənuba doğru hissələrində isə çökmələrlə bağlı ciddi problemlər yoxdur. Amma yeraltı suların qalxması təhlükəsi yaşanır. Sadəcə, hündür binalar olmadığına görə fəlakətlər yüngül müşahidə olunur. Məktəblərin, ikimərtəbəli binaların çat verməsi və s. kimi proseslər cənub rayonlarında artıb. Lənkərana yaxın regionlarda da çatvermələr, fundamentlərin dözümsüzlüyü, sürüşmələrin qalması tez-tez olur.

Qeyd etməliyəm ki, Salyan zonasında da süxurların xassəsini dəyişməsi, yeraltı suların qalxması özünü biruzə verir. Bu ərazi dənizə yaxın olmasa da sürüşmə təhlükəsi ilə üz-üzə qala bilər”. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol