• $
  • €
  • ₽
  • ₺
  • £

"Modern Hospital"da xəstəni səhv müalicə etdilər - Ayağı amputasiya olundu

"Modern Hospital"da xəstəni səhv müalicə etdilər - Ayağı amputasiya olundu
16.10.2018 11:21
Jurnalist Məmməd Həmidovun qohumu "Modern Hospital"da yalnış müalicə edildiyi üçün ayağı amputasiya edilib. 

Anews.az xəbər verir ki, unikal.org-a müraciət edən şikayətçi bildirib ki, 18 avqust 2018-ci il tarixində "Modern Hospital"ın "Diabetik Ayaq Mərkəzi"nin təsisçisi və rəhbəri olan həkim Gülay Məmmədova ayaq xəstəsi olmuş pasienti 20.02.1952-ci il təvəllüdlü Vəliyev Ələsxan Salman oğlunu düzgün müalicə etməyib: 

"Şəki rayonun Baş Göynük kəndindən olan yaxınımı "Modern Hospital"da müalicə etdilər. Nəticədə xəstənin sağlamlıq vəziyyəti ağırlaşdı və təcili surətdə onu Mərkəzi Klinikaya yerləşdirdik. Müayinə zamanı Modern Hospitalda onun ayağının səhv müalicəsi nəticəsində vəziyyətinin ağırlaşdığı məlum oldu və dərhal ayağının amputasiya edilməsinə qərar verildi. Xəstənin ailə üzvləri dəfələrlə səhv müalicəyə görə və ayağın amputasiyası ilə nəticələnən faciəyə görə "Modern Hospital"ın rəhbərliyindən xahiş etdilər ki, Ə.S.Vəliyevin müalicəsi üçün Modern Hospitala ödədikləri 2000 (iki min manat) pul onlara qaytarılsın ki, çox borca düşməsinlər. Lakin xəstənin yaxınlarına nəinki pulu qaytarmaq, heç adi bir etika xatirinə cavab belə vermədilər. Xəstənin ailəsi Səhiyyə nazirindən kömək istəyir. Hospitalın direktoru Ravil Tağıyevə rəhbərlik etdiyi səhiyyə ocağında təcrübəsiz həkim Gülay Məmmədovanın səhv müalicəsi ilə bağlı müraciət edilib.Ayağı amputasiya edilən Ə.S.Vəliyevin vəziyyəti kritik olaraq qalmaqdadır. Xəstə hazırda yaşamaq uğrunda mübarizə aparır". 

Məsələ ilə bağlı "Modern Hospital"la əlaqə saxlasaq da, klinikadan baş verən hadisə ilə bağlı heç bir məlumat verməyiblər.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol