• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qızcığaz son anda xilas edildi

Bakıda qızcığaz son anda  xilas edildi
16.10.2018 12:31
Oktyabrın 12-də Bakıda, Mircəlal küçəsi 16 ünvanında körpə qız uşağı tapılıb. 

Bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin Sığınacağının koordinatoru Vasif Akifli bildirib.

Onun sözlərinə görə, hadisə səhər saat 05:00 radələrində baş verib: 

"Ərazidə yaşayan vətəndaş küçədə itlərin hürüşməsini və bu zaman uşaq ağlaması səsi eşidib. Oraya gələn zaman uşağın itlərin əhatəsində qaldığını görüb və onu xilas edib. Azyaşlı Nəsimi rayon Polis Bölməsinə gətirib. O Azərbaycan Uşaqlar Birliyinin Sığınacağına yerləşdirilib”. 

Vasif Akifli bildirib ki, uşağın kimliyi məlumdur: 

"Onun ailəsini tapmaq üçün Xoşqədəm Hidayətqızının "Səni axtarıram” proqramına müraciət edilib. Ailəsi tapılıb və uşaq haqqında məlumatlar əldə edilib. Balaca qızcığazın iki yaşlı Lalə olduğu məlum olub.

Ailə bildirdi ki, uşaq oğurlanıb, bununla bağlı polisə müraciət ediblər. Amma uşağın qəyyumu olan anası ortalıqda yoxdur. Onun Laləni dünyaya gətirən zaman psixoloji problem yaşadığı və müalicə aldığı bildirilir. Biz uşağın oğurlanmasına inanmırıq. Artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanları da iş aparır”.

Sığınacağın koordinatoru qeyd edib ki, hazırda uşağın vəziyyəti stabildir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol