• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda taksi sifarişi edən şəxs qəribə vəziyyətlə üzləşib - TƏFƏRRÜAT - VİDEO

Bakıda taksi sifarişi edən şəxs qəribə vəziyyətlə üzləşib - TƏFƏRRÜAT - VİDEO
16.10.2018 13:20
Taksi sifarişi edən paytaxt sakini qəribə vəziyyətlə üzləşib.

Raciv Nizamov adlı vətəndaş taksi xidməti göstərən şirkət tərəfindən aldadıldığını iddia edir. Məsələ ondadır ki, Nizami rayonu, Nəsimi küçəsi 32 ünvanından Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə getmək üçün şirkətlərdən biri ilə əlaqə saxlayır.

Vətəndaş istədiyi ünvana çatdıqdan sonra gediş haqqını ödəyərkən bir anlaşılmazlıq ortaya çıxıb. Vətəndaşdan baqaja qoyduğu yükə görə də ödəniş hesablanıb.

Raciv Nizamov şirkət tərəfindən sürücü və ona göndərilən gediş haqqı məbləğlərinin niyə fərqli göstərilməsini və daşıdığı yükə görə əlavə ödənişin niyə tələb olunmasını aydınlaşdırmaq istəyir.

Məsələ ilə bağlı xidmətin göstərildiyi şirkətlə əlaqə saxladıq. Şirkət nümayəndəsi müsahibə vermək istəməsə də, şifahi olaraq bildirdi ki, yükə görə ödəniş tələb edilmir və buna görə SMS-in göndərilməsi mümkün deyil. Əgər hansısa sürücü buna görə pul tələb edirsə, bu qanunsuzdur. Gediş haqlarının fərqli göstərilməsinə gəlincə, şirkətdən bildirdilər ki, yaxın məsafələrə gediş zamanı sürücüləri stimullaşdırmaq üçün gediş haqqının üzərinə müəyyən bonus artırılır və sürücüyə göndərilən SMS-də bu izah edilir. Sərnişinin ödədiyi məbləğ nağd, şirkətin verdiyi bonus növbəti gün ödənilir: ''Yəqin sürücü, ya bilərəkdən qaydaları pozub, ya da ki SMS sistemin özəlliklərinə bələd olmadığından belə vəziyyət yaranıb''. /xezerxeber.az
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol