Nazirlikdən dostunu güllələyərək öldürən şəxslə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi Bərdədə baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.
Anews.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 15-də Bərdə rayonunun Böyük Göyüşlü kəndi ərazisində kənd sakinləri Sadiq Tapdıqbəyli və Yaşa Kərəmli ov edərkən S.Tapdıqbəyli ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə Y.Kərəmliyə xəsarət yetirib və nəticədə sonuncu hadisə yerində ölüb.
S.Tapdıqbəyli Bərdə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, ondan müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























