• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ordu üçün paketləşdirilmiş yeməklər istehsal olunacaq

Azərbaycanda ordu üçün paketləşdirilmiş yeməklər istehsal olunacaq
16.10.2018 16:18
Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərdən biri Türkiyə şirkəti ilə birlikdə ordu üçün xüsusi resept əsasında qidaların istehsalını planlaşdırır.

"AzeriDefence”nin məlumatına görə, bununla bağlı ADEX-2018 sərgisində tərəflər arasında razılaşma əldə olunub.

Şirkətlər birlikdə ordu və xüsusi təyinatlılar üçün paket halında yeməklərin istehsalını həyata keçirəcəklər. Eyni zamanda şirkət ordunun sifarişinə əsasən konservləşdirilmiş yüksək kalorili və keyfiyyətli qidaların istehsalına başlayıb.

"Paket halında, xüsusi resept əsasında hazırlanmış qidalar yüksək kaloriliyə malikdir. Xüsusilə dağlıq ərazilərdə xidmət edən əsgərlər və xüsusi təyinatlılar üçün nəzərdə tutulan paketləşdirilmiş qidaların hazırlanması bir neçə dəqiqə ərzində baş tutur. Yeməyin hazırlanması və qızdırılması üçün od yandırmağa ehtiyac yoxdur. Kiçik həcmi, bu qidalardan yük çantasında daha çox daşımağa imkan verir və hazırda orduya təklif olunan konserv bankalarından fərqli olaraq heç bir narahatlıq yaratmır”, – deyə şirkətdən bildirilib.

Bu hazır qidaların fərqli növlərinin satışa da təqdim olunması planlaşdırılır.

Qeyd edək ki, hazırda ordunun quru ərzaq payı "Azersun Holdinq” tərəfindən istehsal edilir. Son illərdə Müdafiə Nazirliyi bir sıra ərzaq məhsullarını digər şirkətlərdən almaqla ordunun ərzağını fərqli mənbələrdən təmin etməyə başlayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol