• $
  • €
  • ₽
  • ₺
  • £

İlin sonunadək Bakcell 400-ə yaxın yeni 4G baza stansiyası istifadəyə verəcək

İlin sonunadək Bakcell 400-ə yaxın yeni 4G baza stansiyası istifadəyə verəcək
16.10.2018 17:28
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti bu ilin sonunadək ölkə ərazisində 400-ə yaxın yeni 4G baza stansiyası istifadəyə verəcək.

Şirkət 2018-ci il ərzində mobil internet xidmətlərini ölkənin regionlarına doğru genişləndiriməyə davam edib. İl ərzində istifadəyə verilmiş 380 LTE (4G) stansiyasından 120-si ölkənin müxtəlif bölgələrində quraşdırılıb. Bunun sayəsində "Bakcell”in yüksək keyfiyyətli 4G xidməti artıq Bakı və Abşeron yarımadası ilə yanaşı, Azərbaycanın 40-a yaxın region və şəhər mərkəzində mövcuddur.

Bu gün Bakcell istifadəçiləri ümumilikdə 7000-dən çox baza stansiyası vasitəsilə ölkənin ən etibarlı, ən sürətli və ən iri mobil şəbəkəsinin bütün üstünlüklərindən tam şəkildə yararlanmaq imkanına malikdirlər. Bundan əlavə, əhatə dairəsi və şəbəkə həcmi baxımından ölkənin ən böyük 4G (LTE) şəbəkəsi "Bakcell”ə məxsusdur. Şirkətin 1300-dən çox LTE baza stansiyası ilə saniyədə 225 meqabitə qədər sürəti dəstəkləyən 4G şəbəkəsi gündən-günə genişlənir.

Bakcell öz şəbəkəsinin etibarlılığını və sabitliyini təmin etmək üçün şəbəkə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində müntəzəm olaraq tədbirlər görür. Nəticədə, abunəçilər ən yüksək keyfiyyətli və etibarlı mobil zəng və internet xidmətinin üstünlüklərindən yararlanırlar.

"Bizim gördüyümüz işlərə yerli və beynəlxalq səviyyədə yüksək qiymət verilir. Bu yaxınlarda Bakcell "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Dünyada tanınmış "Ookla” şirkəti tərəfindən təsdiq edilib ki, Bakcell şəbəkəsi ölkədə ən yüksək orta yükləmə sürəti və ən aşağı gecikmə müddətinə (latency time) malikdir. Mobil şəbəkələrin sınaq və təhlili sahəsində dünyanın ən nüfuzlu qurumu tərəfindən toplanmış bu məlumat Azərbaycandakı istifadəçilərin 18.000 ayrı-ayrı unikal cihaz vasitəsilə həyata keçirdiyi 80.000 sınaq (Speedtest platforması üzərindən) əsasında formalaşıb”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

Bakcell özünün yüksək keyfiyyətli mobil şəbəkəsinin modernizasiyası və əhatə dairəsinin genişləndirilməsi istiqamətində geniş miqyaslı işlərin həyata keçirilməsini davam etdirir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol