• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda dəhşətli avtobus qəzasına görə sürücü və vəzifəli şəxs həbs olundu

Bakıda dəhşətli avtobus qəzasına görə sürücü və vəzifəli şəxs həbs olundu
17.10.2018 12:08
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi "Daewoo” markalı 208 saylı xətt avtobusu paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi "MAN” markalı məişət tullantıları daşıyan yük avtomobili ilə toqquşub.

DİN-dən -a daxil olan xəbərə görə, nəticədə yük avtomobilinin sol tərəfində yan güzgüdən tutaraq dayanan fəhlə Eldar Bayramov iki nəqliyyat vasitəsinin arasında qalaraq hadisə yerində ölüb. Qəzadan sonra sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov hadisə yerindən yayınıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin sürücü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və araşdırma zamanı onun nəinki sərnişin avtobusu idarə etmək üçün müvafiq kateqoriyasının, ümumiyyətlə sürücülük vəqisəsinin belə olmadığı məlum olub.

Bu səbəbdən sürücü Ş.Cəfərova müvafiq sənədləri olmadan sərnişin avtobusunu idarə etmək üçün verən "Magna Trans” MMC şirkətin avtodəstə rəhbəri Kamil Məmmədov da saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 265-1.2 (ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Artıq Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov barəsində 4, "Magna Trans” MMC şirkətin avtodəstə rəhbəri K.Məmmədov barəsində isə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qəza isə bağlı əlavə istintaq tədbirləri davam etdirilir.

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan bütün şirkətlərə tövsiyyə olunur ki, insan ölümünə səbəb olan bu cür qəzaların qarşısını almaq üçün avtobusları sürücülük vəsiqəsi və müvafiq kateqoriyası olmayan sürücülərə etibar etməsinlər. Əks halda həmin şirkətlərin məsul əməkdaşları da qanunla nəzərdə tutulduğu qaydada məsuliyyətə cəlb olunacaqlar.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol