• $
  • €
  • ₽
  • ₺
  • £

Rəşid Mahmudovun səhhəti ilə bağlı yoldaşından AÇIQLAMA

Rəşid Mahmudovun səhhəti ilə bağlı yoldaşından AÇIQLAMA
28.05.2020 22:09
Xəbər verildiyi kimi, tanınmış həkim, ictimai xadim, tibb elmləri namizədi Rəşid Mahmudovun səhhətində problem yaranıb, reanimasiyaya yerləşdirilib. Müalicəsi Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında davam etdirilir.
 
Yeniavaz.com  Rəşid Mahmudovun səhhətinin hazırki vəziyyəti ilə maraqlanmaq üçün onun həyat yoldaşı ilə əlaqə saxlayıb. Yoldaşı Rəşid müəllimin səhhətinin yaxşılaşdığını, indi özünü yaxşı hiss etdiyini deyib: "Bu gün vəziyyəti yaxşıdır, özünü normal hiss edir. Həkimi də bildirir ki, ciddi problemi yoxdur".

Rəşid müəllimin yoldaşı narahatlığa ciddi əsas olmadığını bildirib: "Çoxlu zənglər gəlir, hamı maraqlanır. İnsanların həssaslığını başa düşürəm, amma Rəşid müəllimin vəziyyəti yaxşılaşdığı üçün artıq reanimasiyadan çıxarılıb və palataya köçürülüb".

Yoldaşı Rəşid Mahmudovun hansı xəstəlikdən əziyyət çəkməsi barədə çox danışaq istəmədiyini deyib.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova isə Yeniavaz.com-a açıqlamasında Rəşid müəllimin şəxsən ziyarətinə getdiyini bildirib: "Həkimi ilə də danışdım, özünün vəziyyəti ilə maraqlandım, yaxşıdır. Reanimasiyadan çıxarılıb, palataya köçürülüb, özünü yaxşı hiss edir".

Günel Aslanova jurnalistlərin tez-tez zəng vurub Rəşid Mahmudovun vəziyyəti ilə maraqlandığını da deyib.
Qeyd edək ki, tanınmış həkimin mədəaltı vəzində problem olacağı, əməliyyat ediləcəyi bildirilirdi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol