• $
  • €
  • ₽
  • ₺
  • £

Bəhram Bağırzadə: “Evindən heroin tapılan şəxs “Bakılı oğlanlar”ın üzvü olmayıb”

Bəhram Bağırzadə: “Evindən heroin tapılan şəxs “Bakılı oğlanlar”ın üzvü olmayıb”
29.05.2020 07:07
Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada 500 mln. dollar dəyərində 174 kiloqram heroin konsentratı aşkarlayıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətin rəisi Viktor İvanov bildirib ki, İldar Nurimanov adlı şəxsin Domodedovo rayonunun Kolıçev kəndindəki evində axtarış aparılıb. O qeyd edib ki, həmin şəxs vaxtilə “Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının üzvü olub. “SSRİ dövründə belə bu qədər narkotik aşkarlanmayıb. Heroin mühafizəçilər üçün nəzərdə tutulan otaqda gizlədilmişdi”, - deyə o vurğulayıb.     V. İvanovun sözlərinə görə, herion 700 ədəd bağlamada olub. Rusiya mətbuatında yer alan məlumatlara əsasən, xüsusi əməliyyat nəticəsində altı nəfər, o cümlədən cinayətkar qrupun başçısı tutulub. Qrupun başçısının Tacikistan vətəndaşı olduğu bildirilir. Onlar narkotiki Əfqanıstandan banan yeşiklərində meyvələrlə birlikdə Moskvaya gətiriblər. Hazırda İ. Nurimanovun Türkiyədə olduğu bildirilir. Onun narkotik alverçiləri ilə əlaqəli olub-olduğunu təsdiqlənməyib. İ. Nurimanov Moskvaya bu gün qayıtmalıdır. O, sorğu-sual ediləcək. İstintaq məlumatlarına əsasən, narkotiklərin altı-satqısı ilə onun mühafizəçiləri məşğul olublar.  Diqqət çəkən məqamlardan biri də odur ki, bəzi Rusiya KİV-i evindən külli miqdarda narkotik tapılan şəxsi İlqar İmanov kimi təqdim edib. “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadə isə APA-ya açıqlamasında evində külli miqdarda narkotik maddə aşkarlanan şəxsin “Bakılı oğlanlar” ŞHK-nın üzvü olduğu barədə məlumatları təkzib edib: “Bizim komandamızda nə İldar Nurimanov, nə də İlqar İmanov adlı adam olub. Yəqin ki, bu, ermənilərin növbəti təxribatıdır. Onlar 14 il əvvəlki məğlubiyyətlərini hələ də həzm edə bilmirlər”. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol