• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Xanlarovanın tamaşaçıya atdığı təpik - "Azəri Vandam" hara, efir hara?

Mehriban Xanlarovanın tamaşaçıya atdığı təpik - "Azəri Vandam" hara, efir hara?
18.10.2018 12:13
Deyəsən, Azərbaycanda efirə çıxmaq üçün qaydalar sadələşdirilir.

Bunun üçün xüsusi bacarığa, istedada, yüksək savada ehtiyac yoxdur.

Sosial şəbəkələrdə bir az yüngüllük, loru dildə desək, bambıllıq etmək bunun üçün kifayətdir.

Bir də gördün hansısa telekanalın prodüseri telefonuna zəng edib səni efirə çıxarır.

Məsələn, indi ciy-ciy səsi ilə efirlərdə şivən salan Bayram Nurlu kimi… Oğurluq etməkdə təqsirləndirilən, yalnız işlətdiyi bir cümlə az qala fenomenə çevrilən "Fəhlələrüyüy”ün "qəhrəmanı” kimi… İndi isə növbə düşük-düşük hərəkətlər edən, ora-bura təpik atmaqla diqqəti özünə çəkməyə çalışan "Azəri Vandam”ındır.

Gözünüz aydın, artıq bu şəxs də televizordan evimizə boylanır, ağsaqqal, ağbirçəklərimizi salamlayır, körpələrimizin üzünə baxır. Yəqin ki, birazdan növbəti verilişdə ekspert kimi çıxış edib, camaata ağıl öyrədib, mentalitet dərsi də keçəcək.

Budur, sizə təqdim etdiyimiz kadlar bu gün efirə gedən "Canım sizə desin” verilişindədir. Əməkdar artist Mehriban Xanlarova "Azəri Vandam”la birlikdə onun statusuna yaraşmayacaq şəkildə təpik atır, guya karate fəndləri öyrənir. Əslində, əməkdar artisti təpiyi "Vandam”a yox, onu verilişə çıxararaq təhqir etdiyi tamaşaçısına atdı.

Bunu edən bilirsiz kimdir? Azərbaycanın xalq artisti, korifey sənətkar Zeynəb Xanlarovanın qardaşı qızı… Yazıqlar olsun!

yenicag.az

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol