Baş nazirdən sərt qərar: 2 şöbə müdirini çıxartdı, dövlət qulluğuna xitam verdi

Nazirlər Kabinetinin iki şöbə müdiri işdən çıxarılıb.
Anews.az "Report”a istinadən xəbər verir ki, baş nazir Novruz Məmmədovun qərarına əsasən, Günəş Vəliyeva Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib və onun dövlət qulluğuna xitam verilib.
Baş nazirin digər qərarı ilə Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən azad edilib. Qərarla onun da dövlət qulluğuna xitam verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























