• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qadın liftdə bıçaqlandı - VİDEO

Bakıda qadın liftdə bıçaqlandı - VİDEO
18.10.2018 16:28
"Mən bloka daxil olub, liftə mindim. Bu zaman bibim oğlu mənim arxamca liftə soxularaq, mənə 4-5 bıçaq zərbəsi vurdu. Əgər, lift bağlanmasaydı, bəlkə də mən ölmüşdüm”.

Anews.az xəbər verir ki, bu sözləri musavat.com-a bibisi oğlu tərəfindən bıçaqlanan Qarayeva Qəmər Vaqif qızı deyib.

O, deyib ki, bibisi oğlu Cəfərov Elyas Azər oğlu tərəfindən bıçaqlanandan sonra əməliyyat olunub.

30 yaşlı Qəmər Qarayevə bibisi oğlu ilə pul üstündə mübahisə etdiklərini bildirib:

"Bu il avqust ayının 18-də yaxın qohumumun toyunda iştirak edirdim. Həmin toyda bibim oğlu Elyas da var idi. Toyda bibim oğlu ilə mübahisəmiz düşdü. Mübahisəyə səbəb isə atamın onun vasitəsilə Rusiyadan mənə göndərdiyi 500 dollar idi. Həmin pulu vermədi. Toy bitdikdən sonra bibim oğlu öz maşını ilə məni "Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı evimə apardı. 

Maşında yoldaşı və oğlu da var idi. Mən maşından düşərkən yenə ondan atamın göndərdiyi pulu istədim. Mübahisəmiz yenidən başladı. Bir-birimizə qarşılıqlı söyüşlər söydük. Cibindən 100 dolları çıxarıb üstümə atdı və bundan artıq verməyəcəyini dedi. Bu zaman mən onu acıladım, atama şikayət edəcəyimi dedim. Daha sonra mən bloka daxil oldum, liftə mindim. 

Bibim oğlu da içkili vəziyyətdə idi. O, mənim arxamca liftə soxularaq üstümə hücum çəkdi. Mənə 4-5 bıçaq zərbəsi vurdu. Əgər, lift bağlanmasaydı, mən qışqırmasaydım, bəlkə də ölmüşdüm. O, liftə tam girmədiyindən qapılar onu sıxdı. Məcbur çıxmalı oldu. Mən qanlar içində liftdə qaldım. 

Bütün bunlar təqribən gecə 1 radələrində baş verdiyindən ətrafda heç kim yox idi. Köməksiz vəziyyətdə qalmışdım. Birtəhər evə qalxa bildim. Qanaxmam o qədər çox idi ki, huşumu itirirdim. Sürünə-sürünə birtəhər evə çata bildim. Anam tez təcili tibbi yardım çağırdı. Xəstəxanaya çatdırıldım və açıq əməliyyata götürdülər".

Zərərçəkən deyib ki, Elyas Cəfərov barəsində istintaq getdiyi halda o, ölkəni tərk edib: 

"Məni bıçaqladıqdan 20 gün sonra Elyas Cəfərov ölkəni tərk edərək, Rusiyanın Moskva şəhərinə getdi. Mən başa düşə bilmirəm ki, bu, necə baş verir? Ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, yəni xuliqanlıqla bağlı cinayət işi açılıb. Amma mən bıçaqlanmışam. 

Mən zərərçəkmiş kimi tanınsam da, ifadəm alınsa da təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunmayıb. Onun ölkədən çıxışı barədə qadağa olduğu halda hazırda Moskva şəhərindədir. Məni bıçaqlayan bibim oğlu iddia edir ki, guya mən özüm-özümə xəsarət yetirmişəm. Bu yolla qohumumu şərləmək istəyirəm. Onu da deyim ki, bibim oğlunun həyat yoldaşı "vatsapla” mənə mesaj yazaraq, şikayətimi geri götürməyimi xahiş eləyib.

Hətta məsələnin bağlanması üçün mənə pul da təklif edib. Lakin mən bunun qanunla həll olunmasını və bibim oğlunun cəzalandırılmasını istəyirəm. İşin ədalətli şəkildə araşdırılmasını tələb edirəm. Artıq bununla bağlı aidiyyatı qurumlara da müraciət hazırlamışam. Xətai Rayon Prokurorluğunda və Başı Şəhər Prokurorluğunda qəbulda olmuşam”.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol