• $
  • €
  • ₽
  • ₺
  • £

"Ayıq sürücü" oğru çıxdı

"Ayıq sürücü" oğru çıxdı
18.10.2018 17:05
Bakıda "ayıq sürücü" xidməti təklif edən şirkətlərdən birinin əməkdaşı oğurluqda ittiham olunur. Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, atası biznesmen olan Sahib Zeynalzadə ötən gün paytaxtın restoranlarından birində yeyib-içdikdən sonra "ayıq sürücü" sifariş verib.

O, restorana öz "Porsche Cayenne" avtomobili ilə gəlib, lakin spirtli içki qəbul etdiyinə görə, avtomobilini "ayıq sürücü"yə etibar edib.

Sürücü Zeynalzadəni evinə gətirib. Amma gedəndən sonra avtomobil sahibi salondan 4 min 800 manat və 1100 dollar pulun yoxa çıxdığını görüb.

Oğurluq hadisəsi ilə bağlı polisə məlumat verilib. Polis əməkdaşları həmin şəxsin oğurluqla nə dərəcədə əlaqəli olub-olmadığını araşdırır. Faktla bağlı hələ heç kim saxlanılmayıb. Hadisənin ayıq sürücü tərəfindən törətdiyi hələ sübut olunmayıb. Həmin pulların biznesmenin oğlu tərəfindən restoranda və ya başqa yerdə xərcləməsi ehtimalı da var. (Sputnik.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol