• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid atasından unitaz pulu alan həkimdən şok etiraf

Şəhid atasından unitaz pulu alan həkimdən şok etiraf
29.05.2020 11:35

Şirvan şəhər xəstəxanasında şəhid atasının başına qəribə hadısə gəlib. Ailənin yaxın qohumu Avropa.info-ya bildirib ki, Hacıqabul rayonunun Atbulaq qəsəbə sakini, şəhid atası Hacıağa Dəmirov ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına aparılıb. Və yaşlı, xəstə kişi xəstəxanada ayaqyoluna getmək istəyib. Yoldaşı kömək edərək kişini ayaqyoluna salanda unitazın qırıq olduğunu görüb və bayıra çıxaraq işçilərdən düz-əməlli ayaqyolu göstərmələrini istəyib. İşçilər isə bir ağızdan unitazı kişinin sındırdığını deyiblər. Yuxarıdan pilləkənləri düşərək gələn şöbə müdiri Akif həkim də unitazı kişinin sındırdığını və 40 manat ödəməli olduğunu deyib:“Akif həkim yuxarı mərtəbədən düşüb gəldi və xəstə kişidən 40 manat unitaz pulu tələb etdi. Şəhid atasını şərləyib pul istədi. Pulu olmadığını gördükdə isə telefonunu girov götürdü. Hacağa Dəmirovun oğlu Atbulağa qayıdıb 40 manat borc pul tapıb gətirdi. Akif həkimə verdi və telefonu geri aldı”.Avropa.info-ya açıqlamasında Şirvan şəhər xəstəxanasının şöbə müdiri Akif Rüstəmov  söyləninənlərin düzgün olmadığını bildirib. Onun dediyinə görə, şəhid atası, xəstə  Hacıağa  Dəmirov xəstəxananın ayaqyolundan istifadə edərkən, unitazı sındırıb."Bizim xəstəxana isə dövlət müəssəsidir. Unitaz sınıbsa bunun yenisi alınmalıdır. Xəstənin oğlu gəldi və özü 40 manata unitaz alıb gətirdi. Hətta ustanın pulunu öz cibimdən verdim". Xəstənin telefonunun girov götürülməsinə gəlincə, həkim belə bir halın baş verdiyini etiraf edib."Bəli , xəstənin sındırdığı unitazı düzəltdirməsi üçün, bir saatlıq telefonunu girov kimi götürmüşük".ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol