Rəşid Mahmudovdan xəbər

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun səhhətində problemlər yarandığı haqda xəbər vermişdik.
Milli.Az modern.az-a istinadən bildirir ki, qarın boşluğunda yaranan ağrılar səbəbindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilən Rəşid Mahmudov bu gün əməliyyat olunub.
Bu haqda onun həmkarı, Tibb Universitetinin müəllimi Əli Əliyev bildirib:
"Dostumuz, kolleqam, layiqli ziyalımız Rəşid Mahmudovun səhhəti ictimaiyyəti ciddi narahat edir. Bu gün Rəşid müəllim əməliyyat olunub. Uğurlu keçib. Sabah mütləq özü ilə görüşəcəyəm. Durumu yaxşıdır. İnşallah qısa müddətdə bərpa olunacaq. Narahatlığa əsas yoxdur".
Hazırda reanimasiya şöbəsində olan 79 yaşlı R.Mahmudov mədəaltı vəzidən əməliyyat olunub.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib