• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dəfn olunan kimsəsizlərin sayı məlum oldu

Azərbaycanda dəfn olunan kimsəsizlərin sayı məlum oldu
29.05.2020 06:54
2018-ci ilin 9 ayı ərzində Azərbaycanda 258 kimsəsiz dəfn olunub.

Bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov məlumat verib.

Kimsəsizlərin cins, yaş bölgüsünə gəlincə, S.Həsənov bu məlumatların məxfi saxlandığını diqqətə çatdırıb:

"Bizdə yalnız bir kimsəsizlər qəbristanlığı var. Kimsəsiz şəxslər bir neçə gün morqda saxlanılır. Ailə üzvləri, yaxınları tapılmadıqda həmin məzarlıqda dəfn olunur".

S.Həsənov bəzi hallarda kimsəsizlərin öz yaxınları tərəfindən axtarıldığını da qeyd edib:

"Ölən şəxs dəfn olunduqdan sonra onun yaxını olduğunu deyən insanlar bizə müraciət edir. Bu halda qohumluq əlaqələrini sübut edən sənəd təqdim olunur.  Daha sonra isə biz onları sanitar, epidemioloji stansiyaya yönləndiririk. Əgər ölən şəxs xəstə olubsa, onun məzarının açılmasına icazə verilmir. Rəsmi icazə alındıqdan sonra meyitin yaxınlarının istəyilə dəfn olunduğu yerdən çıxarılması və başqa yerdə dəfni mümkün olur. Bu kimi hallar il ərzində 2-3 dəfə olur. Məsələ burasındadır ki, qumsal torpaqlarda bir il, nəm torpaqlarda 3 il meyiti çıxarmağa icazə verilmir. Meyit müddət tamam olduqdan sonra çıxarılaraq, başqa yerdə dəfn olunur".

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda 322 kimsəsiz dəfn olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol