• $
  • €
  • ₽
  • ₺
  • £

Siqareti tərgitmək istəyənlərə şad xəbər

Siqareti tərgitmək istəyənlərə şad xəbər
19.10.2018 14:52
ABŞ-ın Kaliforniya ştatında molekulyar bioloqlar və kimyagərlər nikotin asılılığına qarşı yeni vaksin icad ediblər.

Alimlərin yeni vaksini nikotini insan beyninə daxil olmadan əvvəl parçalayır. Təcrübənin nəticələri "Science Advances” jurnalında dərc edilib.

La-Xoyedəki Skripps institutunun alimi Olivye Corc məsələ ilə bağlı deyib:

"Bu, siqaretlə mübarizədə çox perspektivli yanaşmadır. Çünki bu zaman nikotin asılılığından imtina etmək olur və heç bir problem yaranmır. Bizim vaksin beyində yox, qanın tərkibində olacaq. Bu isə onu digər üsullara nisbətən daha təhlükəsiz edir”.
Siqaret çəkənlərin əksəriyyəti bu vərdişi tərgitmək istəsələr də, bir çox hallarda buna nail ola bilmirlər. Tütündən imtina ilə bağlı yaranan xoş olmayan hiss onları yenidən siqaret çəkməyə vadar edir. Alimlər isə uzun illərdir bu işdə onlara kömək olmağa çalışırlar. 

İlk təcrübə göstərdi ki, vaksin orqanizmə daxil olan bütün nikotin molekullarını məhv edir. Nəticədə isə siqaret çəkən şəxs narkomanlarla anoloji vəziyyətə düşür. Bu, onun sağlamlığına və psixikasına mənfi təsir edir. Corc və həmkarları NicA2 fermentini aşkar edərək problemi həll etmək qərarına gəliblər. Alimlər fermentin strukturunu dəyişdirərək insan orqanizmi üçün lazımi səviyyəyə gətiriblər.

İlk təcrübə göstərib ki, ferment orqanizmə düşən bütün nikotini məhv edir/olke.az

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol