• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın dövlət məmuru Fransada hektarlarla torpaq alıb (FOTOLAR)

Azərbaycanın dövlət məmuru Fransada hektarlarla torpaq alıb (FOTOLAR)
19.10.2018 19:54
Virtualaz.org-un araşdırma qrupu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin keçmiş sədri və Maliyyə Bazarlarına Nəzarət Palatanın sabiq başçısı Rüfət Aslanlının Fransada çoxmilyonlu mülkiyyətini aşkar edib.
R.Aslanlı dövlət qulluğunda işlədiyi dövrdə elit şərab istehsalı ilə məşğul olub. Məmur Fransada Jironda vadisində, Qaronna çayının kənarında üzümlüklər və bahalı torpaq sahələri alıb. Rüfət Aslanlının Fransanın cənub-qərbində enoloqların və dequstatorların daimi ştatda  olduğu üzümlükləri və müasir çaxır zavodu var.

Fransada istehsal edilən şərabların vahid reyestrində göstərilir ki, Rüfət Aslanlının çaxır zavodu Maison d'Aslanli Bordeaux markası altında Cabernet Sauvignon, Cabernet Franc və Merlot şərabları buraxır (mənbəyə baxın). Özü də ekspertlər Rüfət Aslanlının nəfis şərablarını mütləq qızardılmış mal, maral və vəhşi quş əti ilə içməyi məsləhət görürlər.


Maraqlıdır ki, Rüfət Aslanlının şərabları açıq satışda yoxdur. Bu, onların yalnız çox yüksək qiymətə olduğuna dəlalət edir və bu səbəbdən də fərdi sifarişlər əsasında yayılır.


Qeyd edək ki, bir müddət əvvəl R.Aslanlı ölkə rəhbərliyinin qərarı ilə tutduğu yüksək vəzifədən kənarlaşdırılıb. Virtualaz.org-un mənbələrinin məlumatına görə, hökumət maliyyə bazarlarının və ölkə bank sisteminin sabitliyi üçün məsuliyyət daşıyan Palata başçısının korrupsiya fəaliyyətinə şahidlik edən təkzibedilməz sübutlar əldə edib.
 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol