• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq

Azərbaycanda məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq
20.10.2018 12:57

Orta məktəblərdə reproduktiv sağlamlıq haqqında vəsait tədris olunacaq.

Bunu Oxu.Az-a açıqlamasında kitabın müəllifi Kəmalə Aşumova bildirib.

Onun sözlərinə görə, kitab yoxlanılması və tədris olunması üçün Təhsil Nazirliyinə təqdim olunub:

"Dərsliyin hazırlanmasında nazirliyinin məsləhətçiləri, ekspertləri və Səhiyyə Nazirliyinin məsləhətçiləri - pediatr, psixoloq və ginekoloqlar iştirak ediblər. Tədris vəsaiti "Biologiya” və "Həyat bilgisi” müəllimləri tərəfindən tədris olunacaq. Onlar üçün dərslik hazırlanacaq və o, öyrənmə prosesinə uyğunlaşdırılacaq. Dərsliyin hazırlama prosesi artıq iki ildir ki, davam edir. Bu il bu prosesin yekun işləri bitmək üzrədir. Yeni vəsaitin adı "Reproduktiv sağlamlığın tədrisi” kimi səslənir”.

"Məktəblilərin cinsi inkişaf dərslərinə ehtiyacı varmı?”, - sualına Kəmalə Aşumova cavab olaraq bildirib ki, bu, mübahisəli sualdır:

"Azad bir Avropada yaşamağımıza baxmayaraq, ona birmənalı cavab vermək çətindir. Ancaq gələn ildən başlayaraq, dərsliyin təqdim ediləcəyi ehtimal olunur və müvafiq dərslik, demək olar ki, hazırdır. Bu mövzunun tətbiqi üçün digər ölkələrin təcrübəsinə nəzər saldıq. Dərsliyin tərtibatına töhfə məqsədilə ABŞ-dan dəvət edilmiş beynəlxalq ekspertlər pedaqoqlar və səhiyyə işçilərinə təlimlər keçiblər”.

Kitabın müəllifi qeyd edib ki, noyabr ayından etibarən ölkə məktəblərində reproduktiv sağlamlıq üzrə xüsusi təlimlərin keçirilməsi planlaşdırılır:

"Təlimlər Bakı və regionlarda keçiriləcək. Qeyd edim ki, oğlanlar və qızlar üçün dərslər ayrı-ayrılıqda aparılacaq. 11-12 yaşında yeniyetmələrdə cinsi inkişaf başlayır. Əsas məqsəd ondan ibarətdir ki, onlar düzgün inkişaf etsin.

Erkən nikahlar artıb, uşaqlar zorakılığa məruz qalır. Düşünürəm ki, onların valideyn olarkən cəmiyyətdə sağlam yaşaması böyük əhəmiyyət kəsb edir. Bunun üçün kitabın tədris olunması vacibdir.

Dərsliyin uşaqlara faydası olmayacağını düşünənlər də ola bilər. Bu da, əsasən, cəmiyyətimizin mühafizəkar təbəqələrinin nümayəndələridir. Müasir uşaqlar və yeniyetmələr fiziki cəhətdən çox erkən inkişaf etməyə başlayıb. Fiziologiyaya əlavə olaraq, bu dərs eyni dərəcədə ciddi məsələləri həll edəcək.

Bu, uşaqların əsas ünsiyyət bacarıqları, anlaşma, düzgün qərar vermə, sağlam həyat tərzi, ailə planlaşdırılması və gələcəkdə məsuliyyətli valideyn olmaq üçün yeniyetmələrdə müsbət münasibət formalaşmasına imkan verəcək.

Son zamanlar aparılan tədqiqatlar və müxtəlif təşkilatlar tərəfindən aparılan sorğular gənclərdə reproduktiv sağlamlıq sahəsində fizioloji və gigiyena biliklərinin olmamasını göstərir. Bu məqsədlə də gənclərin düzgün, mənəvi və sağlam formalaşması üçün bu tədrisin tətbiqini vacib hesab edirik”.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol