• $
  • €
  • ₽
  • ₺
  • £

"Pirsinq çox təhlükəlidir, risk etməyin" - Həkimlərdən xəbərdarlıq

"Pirsinq çox təhlükəlidir, risk etməyin" - Həkimlərdən xəbərdarlıq
20.10.2018 18:30

Bir çox hallarda pirsinq infeksiya, allergiya və zədələrə səbəb olur.

Anews.az ölkə.az-a istinadən xəbər verir ki, bir sıra dünya həkimləri  pirsinqin təhlükəli olduğunu qeyd edirlər. Çünki bəzən pirsinq güclü qanaxma, herpes, iltihaba səbəb olur.
Dərini gözəllik üçün deşmək min illərdir təcrübə edilir. Misir fironları, romalı legionerlər, orta əsr dənizçiləri, mayalılar, kral ailəsinin üzvləri də bunu ediblər. Sivil dünyada isə pirsinq üçün sadəcə qulağı deşir və sırğa asırdılar. 1980-ci illərdə ABŞ-ın marjinal cəmiyyətlərində bədənin digər üzvlərinə də pirsinq taxmaq populyarlıq qazandı. Son on ildə isə bu dəb bütün dünyada yayılmağa başladı. 

Pirsinqi, əsasən, gözəllik salonlarında edirlər və bir çox hallarda bu salonlar tibbə aidiyyatı olmayan salonlardır. Əgər gigiyena və aseptik qaydalara rayət edilsə, adi üsuldur. Amma tez-tez fəsadlar barədə xəbərlər yayılır. Bir qayda olaraq deşilən yerin iltihabı ilə həkimə müraciət edilir.
Rusiyalı professor, tibb elmləri üzrə doktor İrina Korsunskaya məsələ ilə bağlı deyib:

"Bu, adi bakteriya infeksiyasıdır. Salonlarda steril edilməmiş alətlərlə işləyəndə üzə çıxır. Bunu müalicə etmək olur və xüsusi problem yaranmır. Amma bəzək əşyasının hansı metaldan hazırlandığını bilməyəndə ciddi fəsadlar yaranır. Pirsinq etmədən əvvəl allergiyaya səbəb olub-olmayacağını öyrənmək lazımdır. Bəzən metal əşyaların bədənə yeridilməsi toksik reaksiyaya səbəb olur və dəridə dəyişikliklər üzə çıxır.

 

Bir çoxları düşünür ki, qızıl və gümüş infeksiyaya qarşı qoruyur. Amma mütəxəssislər bunun belə olmadığını deyir. Bahalı metaldan olan bəzək əşyalarını dezinfeksiya etmək lazımdır. Əgər bu metalları dezinfeksiya etməsək, zağlanır. İnsanlar düşünürlər ki, pirsinqi gümüşdəndir. Amma adi metaldır və reaksiya başlayır, zərərli maddələr orqanizmə düşür".

Dodaq, dil pirsinqi bəzən bir və ya bir neçə dişin itirilməsinə, damaq iltihabına səbəb olur. Stomatoloqlar bunu çoxdan bəyan ediblər. Müntəzəm olaraq metal bəzək gəzdirmək dişi və damağı qıcıqlandırır.

Həkimlər dilin deşilməsinin əleyhinədirlər. Çünki bu, angina və nəfəsalma probleminə səbəb ola bilər. Bundan başqa güclü qanaxma da baş verə bilər.
Alimlər bildirirlər ki, pirsinq eyni zamanda B, C hepatit və hətta QİÇS viruslarının yayılmasına səbəb ola bilər. Bu, əsasən də cinsiyyət orqanlarına taxılan pirsinqlərdə baş verə bilər.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol