• $
  • €
  • ₽
  • ₺
  • £

Dayanacaqlarda problemlər var - RƏSMİ

Dayanacaqlarda problemlər var - RƏSMİ
29.05.2020 05:10

Bakının bəzi küçələrində sərnişinlərin istifadəsi üçün dayanacaqlar yerləşdirilsə də, həmin ərazidən keçən marşrut xətti yoxdur. Zamanla marşrut xətlərinin istiqamətinin dəyişdirilməsi, qısaldılması bu dayanacaqları lazımsız edib. Vətəndaşlar isə həmin dayanacaqların, dayanacaq əvəzinə nişan qoyulan yerlərdə, marşrut xətlərinin hərəkətdə olduğu hissələrdə quraşdırılmasının tərəfdarıdır.

İstifadəsiz dayanacaqların taleyi ilə bağlı Modern.az-ın sorğusunu cavablandıran Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bu istiqamətdə işlər görüldüyünü diqqətə çatdırıb:

 

"Bəzi küçələrdə əvvəllər müntəzəm marşrut xətti fəaliyyət göstərib. Lakin indi həmin yollardan avtobus keçmir və nəticədə dayanacaqların bir neçəsi istifadəsiz qalıb. Bu hal marşrut xətləri ilə bağlı edilən dəyişikliklər zamanı yaranıb. Xatırlatmaq istəyirəm ki, BNA avtobus dayanacaqlarını Bakı Şəhər İcra Hakimiyyətindən yeni təhvil alıb. Sözügedən sahədə bəzi uyğunsuzluqların və çatışmazlıqların olduğunu bilirik. Bu istiqamətdə fəaliyyət planımıza uyğun işlər görülür.

Həmçinin, hazırda marşrut xətlərinin optimallaşdırılması ilə bağlı da tədbirlərimiz var. Bu çərçivədə ola bilər, hər hansı marşrut xətti uzadılsın və ya yenisi təşkil edilsin. Nəticədə, istifadəsiz qalan dayanacaqlar yenidən təşkili üçün də şərait yaranacaq".

Mais Ağayev son zamanlar vətəndaşların ən çox şikayət etdiyi məsələlərdən birinə - dayanacaqlarda quraşdırılmış monitorların işləməməsinə də aydınlıq gətirib:

"Sözügedən monitorların bərpası, standartlara uyğun istifadəyə hazırlanması istiqamətində də işlər görülür".


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol