• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağda kim yaşayırsa, yolu da o çəkməlidir" - Şuşanın icra başçısından gözlənilməz açıqlama

"Qarabağda kim yaşayırsa, yolu da o çəkməlidir" - Şuşanın icra başçısından gözlənilməz açıqlama
21.10.2018 14:16
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov işğal altında olan Azərbaycan ərazilərində Ermənistan tərəfindən aparılan müxtəlif quruculuq və infrastruktur işlərindən danışıb.

Anews.az xəbər verir ki, bunu B.Səfərov "Ölkə.Az"a açıqlamasında bildirib ki, işğal altında olan torpaqlarda ermənilər tərəfindən yaradılan infrastruktur Azərbaycan dövlətinə qalacaq:

"Allah qoysa, o yollar özümüzə qismət olacaq. Çünki vaxtında biz çox yolları tikib abadlaşdırmışdıq. Sonradan həmin yerlər ermənilər tərəfindən viran qoyulub. İndi yol çəkirlərsə, qoy çəksinlər də. Bununla nə olacaq? Onsuz da həmin yollardan biz istifadə edəcəyik. Orada kim yaşayırsa, yolu da çəkməlidir. İnşallah torpaqlarımız işğaldan azad olar, biz də gedib istifadə edərik".

İcma rəhbəri deyib ki, indi nə Ermənistanın, nə də Qarabağdakı separatçı rejimin işğal altında olan Azərbaycan ərazilərində yol çəkməyə pulları yoxdur: 

"Sadəcə olaraq, ermənilərə qrant yardımları verilir, onlar da həmin vəsaitlə yol çəkirlər. İndi ermənilər o pulları necə mənimsəsinlər? Ermənilər pul aldıqları yerlərə foto çəkdirib hesabat vermək üçün bu cür addımları atırlar. 

Ermənilərin bu cür addımları qətiyyən Azərbaycan xalqında ruh düşkünlüyü yarada bilməz. Çünki indiki güclü Azərbaycan möhtərəm Prezidentimizin sayəsində daha da inkişaf edir, dünyada böyük nüfuz sahibinə çevrilib. Bu yaxınlarda Almaniyada Dağlıq Qarabağ növbəti dəfə Azərbaycanın ərazisi kimi tanınıb. Bütün bunlara nail olmaq asan iş deyil. Bunların hamısı Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində mümkün olur. Bu gün dünyanın hər bir yerində Azərbaycan tanıdılır. Təsadüfi deyil ki, indi dünyanın əksər ölkələrində Azərbaycan xalqının yüksək mədəniyyəti və qonaqpərvərliyindən, ölkəmizin tarixindən danışılır. Möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində bizə hörmətlər olunur. Bizi tanıyıb, sayırlar. Azərbaycanın Bakı, Sumqayıt, Gəncə və digər şəhərləri sürətlə inkişaf edir, ölkəmiz neft asılılığından qurtarmaq üzrədir. Ölkəmizdə kənd təsərrüfatı, turizm və digər qeyri-neft sektoru sahələri inkişaf etdirilir. İnsanlarımızın sosial rifahı gün-gündən yüksəlir, dövlətin öz vətəndaşlarına qayğısı hər kəs tərəfindən bilinir"
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol