• $
  • €
  • ₽
  • ₺
  • £

Sənətçilərin boykot kampaniyası: “Şıllaq atanlar, dombalaq aşanlar…”

Sənətçilərin boykot kampaniyası: “Şıllaq atanlar, dombalaq aşanlar…”
21.10.2018 19:49
Müğənni Nura Surinin televiziyalar ilə bağlı başlatdığı kampaniya geniş vüsət alıb. Əxlaqsızlığı təbliğ edən telekanalları boykot etməyə çağıran müğənninin dəstəkçiləri artıb.
Belə ki, aktrisa Mehriban Xanlarovanın "Canım sizə desin” verilişində təpik atması sosial şəbəkədə birmənalı qarşılanmayıb. Aktrisanın hərəkətləri ilə bağlı MTRŞ tədbir görməyəcəyini dedikdən sonra isə sənət adamları sosial şəbəkədə kampaniyaya başlayıb. " "Səviyyəsizliyə stop”, "Boykot” haştağı ilə başladılan kampaniyaya qısa zamanda onlarla şəxs qoşulub.
Musavat.com televiziyaları boykot edən məşhurların fikirlərini bir araya toplayıb.
Aparıcı Arzu Ümid: "Şokdayam. Evimdə yerli telekanallar göstərmir. Düzü yoldaşımla oğlumdan mənə fürsət də olmur. Və anladım ki, nə yaxşı baxıb, stress keçirmirəm. Sənətçi dostlarımdan biri canlı yayımda olduğunu paylaşdığında internet vasitəsilə canlı yayıma göz atım dedim.
Sadəcə, 5 dəqiqədə efirdəki hərc-mərclik, aparıcıların şitliyi… BBC peşəkar mütəxəssis, mənim müəllimim Maykl Delıhey deyərdi ki, televiziyanın sirrini öyrəndikdən sonra baxmaq istəməyəcəksiniz. Dövlət telekanalı və İTV-dən başqa telekanllara baxanda peşəmdən utanıram. Bu mühitdən uzaq olduğum üçün şükr edirəm. Dəyərli həmkarlarım, onu da deyim ki, istehza etdiyiniz qonaqlarınızdan daha gülünc görünürsünüz”.
Teleaparıcı Ranar Musayev: "Like və şərh xətrinə təpik atan, dombalaq aşan, dilənçilik edən, fırıldaqçılıqla məşğul olan və digər səviyyəsiz aparıcılar, telelayihələr və özlərinə bənzər qonaqları haqqında xəbər yayan saytlar. Eləcə də bu videoları paylaşıb şərh edən insanlar – müraciətim sizədir! Əslində onları tənqid yox, təbliğ edirsiniz.
Düşünməyin ki, siz onları tənqidlə, söyüşlə qorxuda bilərsiniz.
Özünə, millətinə hörmət edən heç zaman efirdə bu oyunları çıxarmaz. Deməli, hörmət yoxdur. Tənqid və söyüşünüz isə onlara xoşdur! Çünki efirdə reytinq, sosial mediada isə xəbər qəhrəmanı olmaq xətrinə hər şeyə hazırdırlar. Onları bu müzakirələr ilə tənqid yox, təbliğ edirsiniz, məşhurlaşdırırsınız, yaşadırsınız, populyarlaşdırırsınız. Gələn dəfə sizin diqqətinizi cəlb etmək üçün bundan da betər ssenari hazırlayacaqlar. Siz isə növbəti dəfə onların toruna düşüb, paylaşacaqsız. Bu faciədən özümüzü və ətrafımızı qorumalıyıq!
Əgər gələcəkdə övladınızın, cəmiyyətimizin onlara oxşamasını istəmirsizsə, mübarizəyə qoşulun! Hansısa belə bir videoya rast gəldiyiniz zaman baxmayın, baxış sayını artırmayın, şərh yazmayın!
Qoy bilsinlər, mənəviyyatımızı məhv etmək istəyən şəxs və ya səhifə şəxsən siz tərəfdən öz cəzasını alacaq. Daha doğrusu izləmədən çıxarılıb, blok olunacaq! İnanın, hərədən 1 izləmədən çıxarmaq (unfollow) kifayət edər ki, bu tip məqalələr, videolar aradan yığışdırılsın!
Televizoru onun üçün söndürmədik ki, indi də sosial medianı zibilləsinlər… Bu mövzular ətrafında hay-küyü öldürməklə, onları diqqət dairəmizdən çıxarmaqla, bu tipdə paylaşımları iqnor etməklə vətənimizi, millətimizi bu dəhşətdən qurtara bilərik. Əks halda bu faciə hər birimizin əksinə işləyəcək. Yeni nəsil bunları görüb yetişir və norma kimi qəbul edir. Çünki, gözünü açandan bu səviyyəsizliyi görür. Övladlarımızın onlara bənzəməsi qaçılmazdır. Amma çıxış yolu var. Mübarizəyə qoşulun! Hər şey çox sadə və asandı. Hazırsız? Onda «Səviyyəsizliyə STOP» boykot kampaniyasına qoşulun! "
Müğənni Eldar Qasımov: "Ən böyük cinayət təfavütsüzlükdür. Bitərəf qalmaq olmaz, çünki cəmiyyətimizin sağlam gələcəyi bizim əməlimizdən, fikrimizdən asılıdır! Bu gün hər şeyə gözünü bağlayanın sabah deyinib şikayət etməyə ixtiyarı da yoxdur”!
Teleaparıcı Kamilə Babayeva: "Çox söz yazmaq istəmirəm, Ranarın dediklərinə qoşuluram. Amma bir söz də demək istəyirəm. Övladlarımızın savadlı, tərbiyəli, azad ruhlu olmaları üçün bütün valideynlər əlimizdən gələni etməliyik. Övladlar bizim gələcəyimizdir. Gözəl gələcək naminə susmamalıyıq”.
Əməkdar artist Sevda Ələkbərzadə, rejissor Rafael Bağıroğlu, aparıcı Xədicə Sənanqızı, aktyor Rüfət Nəzər də sözügedən kampaniyaya dəstək olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol