• $
  • €
  • ₽
  • ₺
  • £

Telekanallarımızda ciddi nöqsanlar aşkarlandı

Telekanallarımızda ciddi nöqsanlar aşkarlandı
30.10.2014 19:16
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu özəl telekanalların monitorinqini başa çatdırıb. Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli APA-ya açıqlamasında deyib ki, Milli Televiziya və Radio Şurası ilə birgə aparılan monitorinq zamanı bütün özəl kanallarda xəbər, ictimai-siyasi, şou proqramlarının dili araşdırılıb. Onun sözlərinə görə, monitorinq zamanı müəyyən olub ki, teleradio verilişlərinin dilində müəyyən problemlər var: “Birincisi, ən ciddi məsələ Azərbaycan dilinin normalarına əməl edilməməsidir. Fonetik normalar pozulur və sözlər düzgün tələffüz olunmur. Bundan əlavə, üslub, etik normaların pozulması müşahidə edilir. Verilişlərdə həddindən artıq alınma sözlər, aydın olmayan ifadələr işlədilir. Monitorinq ümumi nəticələri barədə gələn həftə ictimaiyyətə məlumat veriləcək” Q.Məhərrəmli qeyd edib ki, monitorinqin ikinci mərhələsi müstəqil şəkildə Dilçilik İnstitutu tərəfindən aparılacaq. O bildirib ki, monitorinq xəbər proqramları və xəbərdən törəmə proqramların dil qüsurları ilə bağlı olacaq: “Bu gün ən çox qüsurlar şou xarakterli proqramlardadır. Təəssüf ki, bu nöqsanlar həm də xəbər proqramlarına sirayət edir. Bəzən xəbərlər düzgün redaktə edilmir, vurğu səhvləri olur, məntiqi vurğular düzgün deyilmir və s. Bu da  tamaşaçılarda ciddi narazılığa səbəb olur. Ona görə də, bu istiqamətdə monitorinq davam edəcək”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol