• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda daha bir avtobus sürücüsü həbs edildi - Narkotik istifadəçisi imiş

Bakıda daha bir avtobus sürücüsü həbs edildi - Narkotik istifadəçisi imiş
23.10.2018 11:20
Bakı şəhər Baş Polis İdarəsinin və şəhər prokurorluğu Sabunçu rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. 

Anews.az-a daxil olan məlumatda bildirilir ki, oktyabrın 19-da saat 11:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində Zaur Quliyevin 131 saylı marşrut xətti üzrə idarə etdiyi "General Avtocompany” MMC-yə məxsus "Daewoo BS 090” markalı 90-TH-257 dövlət qeydiyyat nişanlı avtobusu yolun sağ tərəfində saxlayıb sərnişin düşürdükdən sonra avtobusu arxaya doğru hərəkət etdirərkən piyada keçidində yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Aysel Məmmədovanı vurub üzərindən keçərək ölümünə səbəb olmasına şübhələr üçün əsaslar müəyyən edilib.

Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq zəruri ekspertizalar təyin edilmiş, şahidlər dindirilib.

Z.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı avtobusun sürücüsünün narkotik vasitələrdən istifadə etməsi müəyyən edildiyindən sürücünün sərnişin daşıma ilə məşğul olmasına şərait yaratmış "General Avtocompany” MMC-nin vəzifəli şəxsləri barəsində Bakı şəhər prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol