• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda evlilik yaşı artır

Azərbaycanda evlilik yaşı artır
30.10.2014 17:02

Azərbaycanda nikaha daxil olan kişilərin orta yaş həddi 28, qadınların orta yaş həddi isə 24-dür.

Bunu "Trend"-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

Onun sözlərinə görə, Azərbaycanda 30-35 yaşdan sonra evlənmələrin sayında artım var. Ancaq evlilik üçün yaşın artması yalnız Azərbaycanda müşahidə edilən tendensiya deyil. Bu tendensiya bütün dünyada müşahidə edilir.

A.Veysəlova bildirib ki, ailənin hansı yaşda, necə qurulması, hansı sosial-iqtisadi əsaslar üzərində qurulması ilə bağlı yanaşmalar həmişə dəyişir: “Bu baxımdan istər qızlar, istərsə də kişilər arasında ailə qurma yaşının artması - evliliyin 30-35, bəzən hətta bu yaşdan da yuxarı olması halları olur. Bu, bir neçə amillə bağlı ola bilər”.

Komitə rəsmisi hesab edir ki, bu amillərdən biri sosial-psixoloji məqamlarla bağlıdır. Yəni gənclər özlərini evliliyə hazır bilmirlər, iş sahəsində karyera qurduqdan sonra ailə qurmaq istəyirlər: “Digər tərəfdən, daha rahat həyat şəraiti qurduqdan sonra ailə qurmaq istəyənlərin sayı artır. Bu da 30-35 yaşdan sonra evlənmək istəyənlərin sayının artmasına təsir edir. Ancaq bu, bir az fərdi xarakter daşıyır. Bu gün insanların digər ölkələrin nümunələrini əldə etməsi onların dünyagörüşünün dəyişməsinə təsir edir. İnsanlar fikirləşirlər ki, özlərini tam kamil hesab etdikdən sonra ailə qursunlar”.

A.Veysəlova deyib ki, bu məsələnin həllinə kompleks yanaşmaq lazımdır: “Komitə olaraq, ailələrin çox olmasının, xüsusilə, sağlam münasibətlər, əsaslar üzərində ailələrin qurulmasının tərəfdarıyıq”.

O, qeyd edib ki, Azərbaycanda 30-35 yaşdan sonra evlilik hallarının artmasının qarşısını almaq üçün hər hansı qadağa tətbiq etmək olmaz: "Bunun üçün yalnız maarifləndirmə işləri aparmaq, məsləhətlər vermək olar ki, komitə də hazırda yerlərdə bu yönümlü işlər aparır".

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol