Bakıda 14 yaşlı qız eyvandan yıxıldı

Bakıda 14 yaşlı qız eyvandan paltar asarkən yıxılaraq ağır xəsarət alıb.
Anews.az report-a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi İsmayılov küçəsi 3 ünvanında baş verib.
O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, bud sümüyünün sınığı və qarnın küt travması diqnozu ilə xəstəxanaya gətirilən yeniyetmənin vəziyyəti orta ağırdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























