• $
  • €
  • ₽
  • ₺
  • £

Universitetdə dikdaban ayaqqabı qadağası - VİDEO

Universitetdə dikdaban ayaqqabı qadağası - VİDEO
23.10.2018 23:00
Nə qədər kobud yerişli olursan ol, dikdaban ayaqqabı geyinəndə qeyri-ixtiyari xanım-xatun olursan ki, bu da insana xüsusi zövq verir. Amma Azərbaycan universitetlərinin birində belə bir qadağa var, universitetin tələbə qızları dikdaban ayaqqabı geyinməkdən məhrumdurlar. Səbəb də odur ki, bu səs dərslərin gedişatına mane olur.

Anews.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Ekspertlər qeyd edirlər ki, universitetin daxili nizamnaməsinə uyğun müəyyən edilmiş geyim normaları bütün universitetlər üçün keçərlidir.

Yəni belə bir məsələni tətbiq etməzdən öncə bütün tələbələrə bu barədə yazılı məlumatın verilməsi mütləqdir.

Kamran Əsədov - Təhsil üzrə ekspert: "Tələbə təhsil aldığı üçün universitetə təhsil haqqı ödəyir. Heç bir halda onunla imzalanmış müqavilədə göstərilməyib ki, tələbə hansısa formada universitetə qəbul olunmalıdır. Dikdaban ayaqqabı ilə təhsil prosesində iştirak etməmək absurd məsələdir. Bu təhsil alanların təhsil hüququnun tapdalanması kimi qiymətləndirilə bilər". 

Mövzu ilə əlaqədar "Odlar Yurdu" Universitetinin mətbuat katibi Günay İmanova televiziyalara müsahibə verə bilməyəcəyini desə də elektron poçtumuza məktub göndərdi. Məktubda isə bu cümlələr qeydə alınıb:

"Hündürdaban ayaqqabı ilə auditoriya qarşısından keçərkən səslər avtomatik olaraq dərs prosesini pozur. Bu mənada tələbələrə ciddi məlumat verilib. Məncə tələbələr buna etiraz etməməlidirlər".

Mövzunun gündəmi zəbt etməsini nəzərə alıb şəhər sakinləri arasında da sorğu keçirdik. Sualımızı eşidən hər kəs kəskin etirazlarını bildirdilər.

Sakin: "Ayaqqabı təhsilə necə mane ola bilər ki? Yersiz qərardır".

Sakin: "Ya standart geyim forması qoysunlar, ya da qarışmasınlar geyimlərə. Bizdə belə qərar tətbiq olunsa, qarşı çıxardım".

Qeyd edək ki, "Odlar Yurdu" Universitetin foyesində - "Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır" elanı vurulub. Vurulubsa, deməli, məsələ ciddiyyətində qalır. Maraqlıdır, irəliləyən zamanlarda başqa ali təhsil ocaqları belə bir qərarı öz universitetlərində tətbiq edəcəklərmi? Bunu isə zamanla biləcəyik.
 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol