• $
  • €
  • ₽
  • ₺
  • £

Valideynlərini baltalayan şəxs danışdı: “Xalqımdan üzr istəyirəm” – Video

Valideynlərini baltalayan şəxs danışdı: “Xalqımdan üzr istəyirəm” – Video
23.10.2018 23:32
Bir müddət öncə ər və arvadı yaralayan şəxsin kim olduğu məlum olub.
Anews.az ARB TV-yə istinadən xəbər verir ki, ata və anasını balta ilə ölümcül yaralayan şəxs hadisədən sonra müxtəlif ünvanlarda gizlənib məsuliyyətdən yayınmağa çalışsa da, polisin sayıqlığı nəticəsində saxlanılaraq istintaqa təqdim edilib.
Sentyabrın 13-ü axşam saat 19:00 radələrində Daşkəsən rayon Tapan kənd sakinləri, 77 yaşlı İlyas Bağırov və həyat yoldaşı 66 yaşlı Tamara Bağırova ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Təcili və təxirəsalınmaz tibbi yardımdan sonra hər iki şəxs həyati təhlükədən xilas edilib. Hadisə ilə bağlı araşdırmalara başlayan Daşkəsən RPŞ əməkdaşları ərlə arvada xəsarət yetirən şəxsin elə onların doğma oğlu, 47 yaşlı Firdovsi Bağırovun olduğunu müəyyən ediblər. Bağırovun axtarışlarına başlayan polis nəhayət ki, valideynlərinə bəla olan oğulun yerini müəyyən edərək onu saxlamağa müvəffəq olub.
Valideynlərinə küt və kəsici alətlərlə ağır bədən xəsarətləri yetirən "oğul” əvvəllər 6 il məhkumluq həyatı yaşayıb.
Yenidən cinayət törədən Firdovsi Bağırov hadisə zamanı spirtli içkinin təsiri altında olduğunu deyib:
"Araq içmişdim, içkili evə gəldim. Evdə də münaqişəmiz olub. Elə bilmişəm ki, ayrı adamla dalaşıram. Özümdə olmamışam. Əməlimə görə peşmanam, özümü bağışlaya bilmirəm. Xalqımdan da, atamdan və anamdan üzür istəyirəm”.
Valideynlərinə xəsarət yetirən Firdovsi Bağırov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb, istintaq davam edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol