• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir universitetdə qəribə qadağa - Bu dəfə... - FOTO

Azərbaycanda daha bir universitetdə qəribə qadağa - Bu dəfə...  - FOTO
29.05.2020 07:05
Sumqayıt Dövlət Universitetində (SDU) tələbələrə saqqal saxlamaq qadağan edilib.

Bu barədə SDU-nun bir qrup tələbələri tərəfindən A24.az-ın redaksiyasına daxil olan məlumatda deyilir. Məlumatda bildirilir ki, universitetdə tələbələrə saqqal saxlamaq bir müddətdir ki, qadağan edilib. Buna görə də tələbələr saqqal saxladıqları üçün dərsə buraxılmır. Eyni zamanda, saqqal saxlayan tələbələrin auditoriyaya buraxılmaması və onlara qaib yazılması göstərişi verildiyi bildirilir. Bunun üçün də tələbələr sözügedən qadağaya etiraz etdiklərini bildirirlər. Tələbələrin sözlərinə görə, məlum qadağa yeni tədris ili başlanandan sonra daha sərt şəkildə qüvvəyə minib.

Sözügedən qadağa ilə bağlı A24.az-a açıqlama verən SDU-nun Mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli qeyd edib ki, tələbələrə saqqal qadağası üçün rəsmi şəkildə heç bir göstəriş, heç bir tapşırıq verilməyib: "Ola bilər ki, səliqəli tələbə görünüşünü aşılamaq üçün belə bir tövsiyə verilsin. Amma ümumilikdə, belə bir qadağanın qüvvəyə minməsi ilə bağlı heç bir ciddi xəbərdarlıq yoxdur. Hazırda universitetdə saqqal saxlayan o qədər tələbə var ki. Amma çox uzun saqqal saxlamırlar da. Uzun saqqal saxlayan tələbəni universitetə kim buraxar? Yəni, o, normal bir şey deyil də, axı, tələbə səliqəli olmalıdır. Amma maarifləndirici tədbirlər keçirilir və tövsiyə xarakterli məlumatlar verilə bilər. Yenə deyirəm ki, universitet rəhbərliyi tərəfindən belə bir göstəriş və tapşırıq verilməyib. Bunu kim yayırsa, yalan məlumatlardır. Təbii ki, saxlamaq təhsilə heç bir problem yaratmır. Amma indiki dövr biraz qarışıq dövrdür. O qədər dini baxışlar var ki, adam bilmir ki, tələbə bu saqqalı hansı məqsədlə saxlayır”.

Qeyd edək ki, bir neçə gün bundan öncə Azərbaycan Odlar Yurdu Universitetində tələbələrə hündürdaban ayaqqabı geyinmək qadağan edilib. OYU bu qadağanı hündürdaban ayaqqabıların döşəmə üzərində dərs prosesinin pozulmasına səbəb olacaq səs-küylərin yaratması ilə əlaqələndirib.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol