Ramil Usubovdan mühüm əmr: Generalın qardaşını rəis təyin etdi

Daxili İşlər naziri Ramil Usubov polis rəisinin yerini dəyişib.
Unikal.org-un əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Rahib Mirzəyev Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsinin rəisi təyin edilib.
Xəbəri Nəsimi rayon Polis İdarəsindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşı olan Rahib Mirzəyev bu əmrə qədər Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin rəisi olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























