• $
  • €
  • ₽
  • ₺
  • £

Qubada ərinin əmisi oğlu ilə qaçan gəlin polisə aparıldı - Təfərrüat

Qubada ərinin əmisi oğlu ilə qaçan gəlin polisə aparıldı - Təfərrüat
24.10.2018 11:56
Quba rayonunda 26 yaşlı oğlanın əmisinin gəlinini qaçırdığı üçün linç edilərək öldürülməsi hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.

Publika.az xəbər verir ki, həyata keçirilən əməliyyat-istintaq tədbirləri çərçivəsində E.Ə.-nin əmisinin gəlini, 25 yaşlı A.Ə. ilə birgə Bakıda tutularaq Qubaya gətirilməsi, gənc oğlanın Tülər kəndində ağaca bağlanaraq döyülməsi, qarışıqlıq zamanı ona bıçaq xəsarətinin kim tərəfindən yetirilməsi və sair barədə araşdırmalar aparılır.

Bildirilir ki, linçetmədə iştirak etmiş 50-60 nəfər kənd sakini müəyyən edilərək istintaqa cəlb edilib. Bundan başqa 2 övladını və ailəsini ataraq yoldaşının əmisi oğlu ilə qaçan 25 yaşlı A.Ə. də istintaqa cəlb edilib və onun ifadəsi alınıb.

Hazırda qətlin təşkilatçılarının və digər iştirakçıların tam dəqiqləşdirilməsi və onların məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, qətlə yetirilən 26 yaşlı E.Ə. xeyli vaxt imiş ki, Bakıda yaşayırmış. O, daha əvvəl Bakıda başqa qızla nişanlı olsa da, sonradan izdivac pozulub. Bir müddət sonra isə onun, kənddə qonşuluqda yaşayan əmisinin gəlini A.Ə. ilə münasibəti yaranıb. 25 yaşlı qadın uşaqlarını ataraq Bakıya qaçmağa razı olub. Bundan sonra qızın atası, qardaşları, eləcə də onun həyat yoldaşı və digrə qohumları Bakıda məskunlaşan cütlüyü axtarmağa başlayıb və onları yaxalayaraq maşınla qubaya gətirib. Qətl hadisəsi də kənddə küçədə təşkil edilmiş linçetmə mərasimində baş verib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol