• $
  • €
  • ₽
  • ₺
  • £

Rəşid Mahmudovun əməliyyatı təxirə salındı - Həkimlər...

Rəşid Mahmudovun əməliyyatı təxirə salındı - Həkimlər...
24.10.2018 14:45
Azərbaycanın tanınmış həkimi, ictimai xadim, tibb elmləri namizədi Rəşid Mahmudovun səhhətində problem yaranması, reanimasiyaya yerləşdirilməsi barədə xəbər vermişdik. Ailə üzvlərinin Yeniaz.com saytına verdikləri məlumata görə, R. Mahmudovun müalicəsi Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında davam etdirilir: "Hələ Klinikadadır, həkimlər müalicəsini davam etdirir, danışır, ümumi vəziyyəti pis deyil".

Ailə üzvlərinin dediyinə görə, bu günə Rəşid doktorun əməliyyatı planlaşdırılıbmış: "Reanimasiyadan bir neçə gündür çıxarılıb, palataya köçürülüb. Bu gün əməliyyat olunmalı idi, ancaq vəziyyəti ilə əlaqədar həkimlər təxirə saldılar, məsləhət görmədilər. Hələ ki müalicə gedir. Allahın köməkliyi ilə hər şey yaxşı olar".
Ailə üzvləri bildiriblər ki, problem Rəşid Mahmudovun öd kisəsindədir: "Xəstəxanaya yerləşdirilən günlə müqayisədə indi vəziyyəti normaldır. Həkimlər nə deyirlərsə, ona əməl edirik. Həkimi də bildirir ki, ciddi problem yoxdur".

Yaxınları Rəşid Mahmudovun vəziyyəti ilə maraqlananlara da təşəkkür ediblər: "Zəng edib maraqlanan insanlar, hər kəsə təşəkkür edirik".

Qeyd edək ki, Rəşid Mahmudov 1938-ci il noyabr ayının 28-də Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olub.
Rəşid doktor ictimai fəal kimi insanları narahat edən problemləri, cəmiyyətdə mövcud olan eybəcərlikləri daim tənqid etdiyinə görə sevilir, rəğbət bəslənilir.
Azərbaycan Tibb Universitetinin Fiziologiya kafedrasında dosent vəzifəsində çalışan Rəşid Mahmudov, 50-dən çox elmi əsərin müəllifidir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol