Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək

Oktyabrın 25-də Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində çalışacaq.
Qurumun mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, "Qarabağ" futbol klubunun Avropa Liqasının qrup matçının Bakı Olimpiya Stadionunda keçirəcəyi ev oyunu zamanı arenaya ən yaxın məsafədə yerləşən "Koroğlu" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq:
"Əsas vəzifə sərnişinlərin stansiyanın xidmətindən təhlükəsiz və rahat istifadəsini təmin etməkdir. Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə canlı qüvvə və texniki vasitələr ayrılacaq. Ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranarsa, xəttə veriləcək".
Xatırladaq ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqası çərçivəsində Ağdamın "Qarabağ" komandası ilə Ukraynanın "Vorskla" komandaşı qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə 20:55-də başlayacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























