• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell Rəqəmsal Ticarət Qovşağının beynəlxalq konfransında dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim edib

Bakcell Rəqəmsal Ticarət Qovşağının beynəlxalq konfransında dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim edib
24.10.2018 17:30
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Rəqəmsal Ticarət Qovşağının beynəlxalq konfransında dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim edib. Ölkə adından təqdim edilmiş ilk mRezidentlik rəsmi olaraq İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycriyə verilib. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanına əsasən ölkəmizin bütün dünya üzrə diplomatik nümayəndəlikləri və konsulluqları Azərbaycanda biznes qurmaq arzusunda olan və ya ölkəyə investisiya yatırmaq istəyən bütün xarici vətəndaşlara "Asan İmza” mobil elektron imzanın elektron sertifikatlarını təqdim etmə səlahiyyətlərinə malikdir.

"Bakcell ölkədə innovasiya də rəqəmsallaşmanın tətbiq edilməsinə yönəlmiş bütün dövlət təşəbbüslərinə dəstək göstərməyə hazırdır. Artıq ikinci ildir ki, şirkətimiz Rəqəmsal Ticarət Qovşağının konfransına dəstək göstərir və biz İSESCO-nun baş direktoru cənab Əbdüləziz bin Osman Əl-Tuveycriyə ilk mobil rezidentliyi təqdim etməkdən qürur duyuruq”,  deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib. 

Bakcell şirkətinin sponsorluğu ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) tərəfindən keçirilən "Rəqəmsal Ticarət Qovşağının beynəlxalq konfransı” innovasiya sahəsində ən nüfuzlu tədbirlərdəndir. Konfransda ABŞ, Tailand, Böyük Britaniya, Estoniya, Türkiyə və Mərakeş daxil olmaqla 20-dən artıq ölkədən 200-ə yaxın nümayəndə ilə yanaşı yüksək vəzifəli dövlət məmurları, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar və dünyanın aparıcı ticarət platformalarının nümayəndələri iştirak edib. 
Bu il Rəqəmsal Ticarət Qovşağının əsas mövzusu elektron və mobil rezidentlik proqramının Azərbaycanda və bütün dünyada təqdim edilməsi olub. İştirakçılar elektron və mobil rezidentliyin sahibkarlar üçün güclü bir alətə çevrilməsini müzakirə ediblər. Tədbirdə həmçinin elektron xidmətlərin ölkələrarası mübadilələrə təsiri və innovativ inkişafın digər aktual mövzuları müzakirə olunub. Həmçinin bildirilib ki, yeni yaradılan  www.EnterpriseAzerbaijan.com  portalı birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə yaradılan əlverişli platformadır.
Bakcell şirkəti müxtəlif layihələrə dəstək göstərməklə və özünün AppLab inkubasiya mərkəzi vasitəsilə ölkədə innovasiya, rəqəmsallaşma, İT sahəsində startaplar və ümumi startap mühitinin inkişafına böyük töhfə verməkdədir. 
***

Bakcell haqqında 

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. 

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. 
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər. 
 







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol