Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, cənub küləyi arabir nisbətən güclənəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 9-12, gündüz 13-16 dərəcə olacaq.Rayonlarda da gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Aran rayonlarında temperatur gecə 6-11 dərəcə, gündüz 12-17 dərəcə, dağlıq ərazilərdə gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























