• $
  • €
  • ₽
  • ₺
  • £

Moody's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi

Moody's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi
25.10.2018 11:46
Moody’s Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Agentlik bankın hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BCA) "b1”, yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqini isə "Ba3” səviyyəsində təsdiqləyərək, reytinqin proqnozunu "stabil” dərəcəsinə yüksəldib. Kontragentin uzunmüddətli risk dəyərləndirməsini "Ba2 (cr)”, qısamüddətli risk dəyərləndirməsini isə "Not Prime (cr)” səviyyəsində təsdiq edilib. Kapital Bank-ın reytinqinin "stabil” dərəcəsinə yüksəldilməsi həm Azərbaycanda bank əməliyyatları mühitinin təkmilləşməsindən, həm də bankın dövr ərzində xarici şoklara qarşı ödəmə qabiliyyətinin davamlığından irəli gəlir.

"Son illərin çətin iqtisadi mühitinə baxmayaraq, bank aktivlərin keyfiyyətini qoruyub saxlamağa müvəffəq oldu, problemli kredit əmsalı isə cəmi 6-7% təşkil edir ki, bu da 2015-2017-ci illərdə sektorda ən yaxşı göstəricilərindən biridir. Bankın kredit portfelinin keyfiyyəti orta hesabla ölkədəki göstəricilərdən daha yaxşıdır. Bunun əsas səbəbi bankın xarici valyutada olan kreditlərinin məhdud olması, dövlət qurumları ilə əməkdaşlığı, həmçinin əmək haqqı və təqaüd layihələrində iştirak etməsidir”, - deyə hesabatda qeyd olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol