• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qatarla avtobusun toqquşduğu qəza daha bir can aldı

Bakıda qatarla avtobusun toqquşduğu qəza daha bir can aldı
25.10.2018 12:00
Oktyabrın 1-də Bakının Xəzər rayonu, Binə qəsəbəsindəki dəmir yolu xəttində qatarla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan 1 nəfəri dünyasını dəyişib.

Bu barədə 3 saylı Şəhər Kliniki Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilib ki, hadisə nəticəsində xəsarət alan Əzimov Məmməd Sabir oğlunun müalicəsi nəticə verməyib və o dünyasını dəyişib: "Xəstə qapalı-kəllə beyin travması və bədənin müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya gətirilərək əməliyyat olunmuşdu. Əməliyyat zamanı xəstənin dalağı da çıxarılmışdı və həmin vaxtdan reanimasiya şöbəsində saxlanılırdı. Bir neçə gün öncə xəstənin vəziyyəti pisləşdiyi üçün o "City Hospital"a köçürülsə də, həyatını xilas etmək mümkün olmayıb. Məmməd Əzimov orada dünyasını dəyişib".

Qeyd edək ki, oktyabrın 1-də təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib.

Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişmiş, 40 nəfər isə xəstəxanalara yerləşdirilmişdi. Xəsarət alanlardan 5-i azyaşlıdır.(Trend)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol