• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya Məmmədov, Fazil Məmmədov,Səlim Müslümov... – Onların taleyini yaşayan doğmaları

Ziya Məmmədov, Fazil Məmmədov,Səlim Müslümov... – Onların taleyini yaşayan doğmaları
26.10.2018 14:23
"Kəpəz” Futbol Klubunun  prezidenti Elmir Vəliyev istefa verib. O, bunu işlərinin çoxluğu ilə əlaqələndirib. Xatırladaq ki, Elmir Vəliyev Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğludur. 

azxeber.com ataları və doğmaları yüksək vəzifədən azad edildikdən sonra özləri də yola salınan keçmiş nazir övladları və doğmaları ilə bağlı araşdırma aparıb.

Nəqliyyat naziri Ziya Məmmədov vəzifədən azad edilikdən sonra oğlu Anar Məmmədov uzun illərdir rəhbəri olduğu Azərbaycan-Amerika Alyansının fəaliyyətini dayandırdı. Keçmiş nazirin deputat qardaşı Elton Məmmədov növbəti seçkilərdə deputatlığa namizədliyini irəli sürmədi. Nazirin qudası Heydər Əsədov Nazirlər Kabinetinin yeni tərkibində yer almadı. Uzun müddət Hesablama Palatasına rəhbərlik edən H.Əsədov sonuncu iş yerini – Kənd Təsərrüfatı naziri vəzifəsini də itirdi. Sabiq nazirin 66 saylı "Tərəqqi” liseyinin direktoru işləyən baxısı Məhbubə Məmmədova da vəzifəsindən azad edildi.
 


Vergilər naziri Fazil Məmmədov vəzifədən azad edildikdən sonra kürəkəni Xaləddin İsgəndərov Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Keçmiş nazirin daha bir kürəkəni Namiq Quliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini vəzifəsindən, qudası Namiq Əliyev Vergilər nazirinin müavini vəzifəsindən, bacısı oğlu Elnur İsgəndərov (Xaləddin İsgəndərovun oğlu) Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində direktor müavini vəzifələrindən xaric olundu.



Sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun ardınca qohumları da öz vəzifələri ilə vidalaşdı. Sabiq nazirin əmisi oğlu Yalçın Müslümov Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, dayısının kürəkəni Fuad Əlizadə Dövlət Əmək Müfəttişliyinin rəisi, bacısının həyat yoldaşı Əsgər Əsgərov Dövlət Sosial Müdafiə Fondunun Nəsimi şöbəsinin müdiri vəzifələrindən azad edildi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol