Bu şadlıq sarayları və restoranları bağlanacaq

"9 iaşə obyektinin fəaliyyətinin dayandırılması üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırılacaq".
Onun sözlərinə görə, Nazirlik tərəfindən müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan iaşə obyektlərinin sahiblərinə havaya buraxdıqları tüstü və qoxuya görə verilən vaxtdan artıq beş ay keçib: "Bu proses may ayından başlayıb və bu günədək Bakı şəhərinin inzibati ərazisində və Abşeron rayonunda yerləşən 301 ictimai iaşə obyektlərinin fəaliyyət göstərdiyi ətraf ərazilərdə Nazirliyin mütəxəssisləri tərəfindən monitorinqlər aparılıb, atmosferdən hava nümunələri götürülüb və atmosferə buraxılan zərərli qaz birləşmələrinin miqdarının yol verilən qatılıq həddindən dəfələrlə artıq olduğu müəyyən edilib ki, bu da havanın lokal xarakterli çirklənməsinə və əhalinin haqlı narazılığına səbəb olur. Bununla bağlı Nazirlik tərəfindən obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğular quraşdırılması məqsədilə müddətli "məcburi göstəriş"lər verilib. Xeyli vaxt keçməsinə baxmayaraq, bu günə yalnız 53 ictimai iaşə obyektində müasir qaz-toztutucu qurğular quraşdırılıb, 180 obyektdə quraşdırma işləri aparılır. Ötən 5 ay ərzində hər bir obyekt sahibi təmizləyici qurğu quraşdıra bilərdi. Lakin artıq bu müddət bitdiyi üçün 58 obyekt barəsində qanunamüvafiq tədbirlər görülüb, akt və protokol tərtib olunub, cərimə tətbiq edilib".
R.Bağırov bildirib ki, 9 obyektin fəaliyyətinin dayandırılması üçün isə məhkəmə orqanları qarşısında vəsadət qaldırılması məqsədilə sənədləşmə işləri aparılır: "Bunlar Yasamal rayonunda yerləşən "Filiz Palace", Binəqədi rayonunda "Tərlan", "Wite Palace", Nizami rayonunda "Milord", "Xəmsə", "Dan ulduzu", Xətai rayonunda "Neapol", Suraxanı rayonunda "Turan", Sabunçu rayonunda "Arzu" ictimai iaşə obyektləridir".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























