Bakıda toz niyə çoxdur? - Maraqlı cavab

"Abşeron yarımadasının landşaftı toz miqdarının çox olması üçün səciyyəvi ərazilərdən biridir".
O bildirib ki, təbii şəraitlə yanaşı, antropogen təsir bu vəziyyəti daha da gərginləşdirir: "Növbəti dəfə dünən Abşeron yarımadasında cənub-qərb küləyinin güclənməsi nəticəsində atmosfer havasında tozun miqdarının normadan üç dəfəyədək çox olması qeydə alınıb. Nazirlik tərəfindən bu sahədə aparılan operativ monitorinq işləri sübut etdi ki, belə vəziyyətin yaranmasına səbəb Qaradağ rayonu ərazisində yerləşən karxanalarıdır. Həm tikintidə, həm də daş karxanalarının fəaliyyəti zamanı ekoloji və tikinti qaydalarına riayət olunmaması yol verilməzdir.
Təəssüflə qeyd edirik ki, ETSN tərəfindən daş karxanalarının sahiblərinə işlərində dönüş yaratmaları üçün müəyyən müddət verilməsinə baxmayaraq, onlar bu vaxta qədər vəziyyəti yaxşılaşdırmaq üçün bir addım belə atmayıblar".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























