• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur “Koçak Gold”un 39 kq qızılı Eldar Mahmudova “bağışlaması”nın sirri - sensasion təfərrüat

Məşhur “Koçak Gold”un 39 kq qızılı Eldar Mahmudova “bağışlaması”nın sirri - sensasion təfərrüat
27.10.2018 09:30
Ölkəyə qaçaq yolla qızıl gətirən şirkət sonda özü də tələyə düşüb, zərər çəkən isə Azərbaycan vətəndaşlarıdır

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq generallarının araşdırılmayan cinayətlərindən biri də Türkiyənin məşhur "Koçak Gold” şirkətinə qarşı olub. 2011-ci ilin noyabrında MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovun rəhbərlik etdiyi dəstə üzvləri şirkətin nümayəndəsi Hamit Pehlivan Ahmeti Bakıda, "20 Yanvar” metro stansiyası yaxınlığında saxlayıblar.
Ondan ölkəyə gətirdiyi 40 kiloqram çəkidə olan qızıl-zinət əşyaları götürülüb. Sonradan 1 kiloqramı dövlət nəfinə müsadirə edilən qızılın 39 kiloqramının izi MTN-in binasında "itib”. Bu cinayətlə əlaqəli araşdırmalarımız olduqca ilginc məlumatları ortaya çıxarıb. Sual oluna bilər ki, ötən illər ərzində "Koçak Gold” niyə 39 kiloqram qızılının davasını aparmayıb. 2015-ci ildə MTN-dəki məlum "təmizləmə” əməliyyatndan sonra da "Koçak Gold” rəsmiləri susublar. Əldə etdiyimiz məlumatlara əsaslansaq, şirkətin Azərbaycana qaçaq yolla qızıl daşıması aydın olur.
Eldar Mahmudovun çetesinin "Koçak Gold”a qarşı əməliyyatından sonra da şirkət Azərbaycanda fəaliyyətini davam etdirib və bu gün də ölkəmizdə işləyirlər. 2011-ci ildə şirkətlə işləyənlər isə bu gün müflis durumdadırlar. Belə şəxslərdən Siyauş Fehruz oğludur. Ötən saylarımızda bu haqda yazmışıq. Musavat.com saytında -http://musavat.com/news/kocak-gold-la-islemis-is-adami-danisdi-bize-qarsi-cinayeti-arasdirin_565189.html linkində  - həmin materialla tanış ola bilərsiniz.

Ümumilikdə iş üzrə 20-yə yazın zərərçəkən Azərbaycan vətəndaşı var. Onlardan biri də M.Hacıyev küçəsi ev 25, mənzil 21-də yaşayan Fizuli Bəxtiyar oğlu Məhərrəmovdur. O, 2010-2011-ci illərdə "Koçak Gold” şirkətindən qızıl əşyaları, qızıl məmulatlarını alıb. Özü İstanbula gedərək şirkətin baş ofisində Cavit adlı yaşlı şəxsdən bir neçə dəfə nağd şəkildə alış-veriş edib. Belə sövdələşmələrin birində Cavit ondan soruşub ki, Azərbaycanda qızılın gömrüyünə nə qədər pul alırlar. Cavab verib ki, hər qramına görə 1,5 dollar rüsum ödəyir. Sitat: "Cavit dedi ki, bizim şirkət Azərbaycana çoxlu qızıl satdığından rüsumumuz hər qramına görə 70 sent təşkil edir və qızılı bizdən aldıqda nümayəndəmiz sizə Bakı şəhərində təhvil verəcək. Mənə qızıl məmulatlarının kataloqunu verərək bildirdi ki, artıq məsrəf çəkməyə ehtiyac yoxdur. Kataloq üzrə sifarişi verə bilərsən, həmçinin qızıl üzrə ödəniləcək məbləği də həmin şəxslərə ödəyə bilərsən. Həmin qaydada ”Koçak Gold" şirkəti ilə bir neçə dəfə nağd şəkildə işləyib etibar qazandım. Yəni sifarişi verirdim, qızılımı da Bakı şəhərinin Biləcəri qəsəbəsində alırdım. 2011-ci ilin noyabrında sonuncu alış-veriş üzrə aramızda kataloq üzrə 48 min dollar məbləğində qızıl məmulatları sifariş etmişdim. Həmin pulun 25 min dollarını Biləcəri qəsəbəsində "Koçak Gold”un nümayəndəsinə verdim. Sifarişimin 1 həftə  ərzində mənə təhvil veriləcəyini Cavit abi bildirdi. Təəssüflər olsun ki, vermiş olduğum sifariş mənə verilmədi. Cavit və Mustafa telefonumu bir müddət qaldırmadılar. Sonradan mənə başqa nömrədən zəng edərək bildirdilər ki, Azərbaycanda malları tutulub, bir az gözləmək lazımdır, danışıqlar gedir, malı qaytaranda mənim malımı verəcəklər".

Onun sözlərinə görə qızılın daşınması və gömrüyü ona aid olmadığından təxminən 1  ay bir ay gözləyib:"Koçak Gold”dan xəbər çıxmadı. Ona görə də Cavitdən vermiş olduğum 25 min dolları geri istədim. Cavitdən pulumu istədikdə mənimlə mübahisə etdi. Dedi kı, sənin mənə 23 min borcun var. Mən ona bildirdim kı, hərəkətlərindən şikayət edəcəm, cavabı belə oldu ki, get kimə nə istəyirsən de, elə eləmə ki, Bakıda başına min oyun gəlsin. Qalıq pulu ödə. 1 il onlardan halal pulumu istəyirdim, onlar da məndən görmədiyim malın pulunu istəyirdilər. 2012-ci ilin sonunda Natiq adlı şəxs mənimlə əlaqə saxlayaraq görüşdü, dedi ki, "Koçak Gold”un nümayəndəsidir, şirkətə borcun var, borcu ödə. Ödəniş etməsən başına böyük problemlər gələcək, şirkət böyük şirkətdir, əlləri uzundur və mən pulu bir də istəsəm MTN məni aparacaq. Başıma gələnləri,  dərdimi Natiqə danışdıqdan sonra o şirkət rəhbərliyi ilə danışıqlar apardı. Lakin sonucda mənim 25 min dollarım batdı".

Şikayətçi deyir ki, hazırda Natiq adlı nümayəndə ilə "Koçak Gold”un  məhkəmə mübahisəsi var: "Koçak Gold” şirkəti ilə nümayəndəsi olmuş Natiqin arasında məhkəmə mübahisələri var. Məhkəmənin vaxtını öyrəndim, gedib orada mənə dəyən ziyanı tələb edim. Mənə "Koçak Gold”un vurduğu  25 min dollar ziyanın ödənilməsini tələb elədim".

Şikayətçi deyir ki, onun kimi iş üzrə zərərçəkənlər çoxdur. Lakin hələ də bir çox iş adamları "MTN xofu”nun altında "Koçak Gold”a qarşı addım atmaqdan çəkinirlər.  Fizuli Məhərrəmov da, iş üzrə digər zərərçəkən Siyavuş Fehruz oğlu da baş prokuror Zakir Qaralovdan Eldar Mahmudovun dövründə MTN-də baş verən qanunsuzluqlar, "Koçak Gold”un vəzifəli şəxslərinin qaçaqmalçılıq və ona qarşı qanunsuzluqlarının araşdırılmasını xahiş ediblər.
"Koçak Gold”un nümayəndəsi Hamit Pehlivan Ahmetin həbsi və 20-yə yaxın Azərbaycanlı iş adamının  müflis duruma salınması ilə nəticələnən əməliyyatı isə 2011-ci ilin noyabrında MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovun rəhbərlik etdiyi dəstə gerçəkləşdirib. Şirkət nümayəndəsində ölkəyə qaçaq yolla gətirilən 40 kiloqram çəkidə olan qızıl-zinət əşyaları götürülüb. Ona qarşı MTN-in İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206-cı(qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Pehlivan Hamitdən onun qızıl-zinət əşyalarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirməsini təsdiqləyən ifadə alınıb. Sonradan isə "mahmudovçu”ların klassik pul qoparma sxemi işə düşüb. Qızıllar da gedib, üstəlik Azərbaycanda qızıl biznesi ilə məşğul olan Siyavuş Fehruz oğlu, Fizuli Məhərrəmov kimi iş adamları da müflis duruma salınıblar. Böyük bir cinayəti isə araşdıran olmayıb. Zərərçəkənlər bu gün də bu qalmaqallı cinayətin araşdırılmasını tələb edirlər.

"Yeni Müsavat

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol