• $
  • €
  • ₽
  • ₺
  • £

Qoşqar Hacıyev komadan ayıldı - VİDEO

Qoşqar Hacıyev komadan ayıldı - VİDEO
27.10.2018 11:02
Bir neçə gün öncə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qazi Qoşqar Hacıyev komadan ayılıb. 


Bu barədə Qoşqarın müalicəsinə nəzarət edən anestezioloq-reanimatoloq Serkan Şenkal Real TV-yə danışıb. O bildirib ki, hazırda xəstənin vəziyyəti stabilləşib.


Vaxtilə onu Gülhanə Hərbi Tibb Akademiyasında əməliyyat etmiş həkimlərin nəzarətində olan Qoşqar Hacıyev növbəti dəfə əməliyyat olunacaq.


Gülhanə Hərbi Tibb Akademiyasında qazimizin əməliyyatını həyata keçirən neyrocərrah Özkan Tehli bildirib ki, bu barədə xəstənin vəziyyəti tam stabilləşəndən sonra qərar veriləcək.


Qeyd edək ki, 2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanan "N” saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu Hacıyev Qoşqar Zahid oğlunun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, xaricdə də həyata keçirilib. O, ilk dəfə 2016-cı ildə məhz Prezident İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə dəfə Türkiyədə müxtəlif xəstəxanalarda müalicə olunub.


Bir neçə gün öncə vəziyyəti ağırlaşanda isə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın göstərişi ilə müalicəsi nəzarətə götürülüb. Onu vaxtilə Gülhanə Hərbi Tibb Akademiyasında müalicə edən həkimlər hazırda Bakıdakı Ege Hospitalında olduğundan, Qoşqar Hacıyev bu xəstəxanaya yerləşdirilib.

Q.Hacıyevin müalicəsi Heydər Əliyev Fondunun nəzarətindədir.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol