Lütfi Zadə Rafiq Əliyevə məktub yazdı

Amerikada yaşayan dünya şöhrətli Azərbaycan əsilli alim Lütfi Zadə elmi varisi, qeyri-səlis məntiq nəzəriyyəsinin mütəxəssislərindən olan Rafiq Əliyevə məktub yazıb.Məktubda Rafiq Əliyevin son bir ildə gördüyü geniş elmi işlər barəsində söhbət açılıb. ANN.Az Modern.az-a istinadən həmin məktubu təqdim edir:“Əzizim Rafiq,Sənin son zamanlar çap etdirdiyin kitabları aldım. Ürəkdən təbrik edirəm. Bu elmi işlərin qərar qəbuletmə nəzəriyyəsi və başqa əlaqəli sahələrdə yeni və fundamental vacib olan istiqamət açır. Sən elədiklərini heç kim edə bilməzdi. Sənin bu katablardakı elmi nəticələrin müfəssəl olmayan (imperfekt) informasiya ilə işləmək sahəsində bizim imkanlarımızın genişləndirilməsinə böyük töhfədir.Dərin heyranlıqla,Lütfi Zadə”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























