• $
  • €
  • ₽
  • ₺
  • £

Bu məhsullar dişləri məhv edir

Bu məhsullar dişləri məhv edir
27.10.2018 20:00
Deyirlər ki, gülmək bəzən həyata neçə dişinin olduğunu göstərmək deməkdir. Təəssüf ki, yediyimiz bəzi məhsullar imkan vermir ki, həyata neçə dişimiz olduğunu göstərək, daha doğrusu, ürəkdən gülək. Buna səbəb nişasta, qoz-fındıq, çay və digər məhsulların dişlərin çürüməsini sürətləndirməsidir.
Dişlər orqanizmdə çox böyük əhəmiyyətə malik olub bir sira funksiyaları yerinə yetirir. Dişlər həm də insan gözəlliyinin vacib amillərindən biridir. Qədim dövrlərdən bəri diş möhkəmliyi və diş bəyazlığı insan sağlamının simvolu kimi qiymətləndirilib. Amma bəzən səhv qidalanma dişlərdə çürümə prosesini sürətləndirir.

Publika.az bu yazıda oxucuları dişlərə zərər verən qidalarla tanış edib.
Çörək, makaron və kartof


Nişasta tərkibli ərzaqlar çeynəmə prosesində dişlərə yapışır və uzun müddət ərzində orada qalır. Nişasta tüpürcəklə birləşdiyi zaman şəkərə çevrilir. Beləliklə, boşluqlarda çürüklər yaranır.
Çay

Çayın tərkibində kofein olduğunu hamımız bilirik. Bu kofein orqanizmə mənfi təsir göstərsə də, dişdə problem yaratmaz. Çayda kofeindən daha az ftor olur. Ftor insan orqanizmi üçün lazımdır. Ancaq çox olarsa, dişlərə zərər verir. Sağlamlığınız üçün gündə 4 stəkandan artıq çay içməyin. Həmçinin paket çaylara da üstünlük verməyin.

Quru meyvə

Şirin və yapışqan quru meyvələr dişlərə böyük zərər verir. Qurudulmuş meyvələr də yapışqanlıqları baxımından təhlükəlidir. Bu zaman sözün əsl mənasında şəkər dişlərə yapışır və dişdə boşluqlara yol açır.

Qarağat

Qarağat dişlərin möhkəmliyinə təsir etmir, ancaq onları qara rəngə boyayır. Əgər hər gün qarağat yemirsinizsə, təbii ki, bu, sizin üçün problem olmaz. Lakin daim işlədirsinizsə, bilin ki, dişlərinizin sarılığı artır.

Cipsi
Cipsi tüpürcəyin təsiri altında qlükozaya çevrilən karbohidratlardan ibarətdir. Bu da dişlərdə təhlükəli çürük yarada bilər. Cipsi yedikdən sonra ağzınızı yumağı unutmayın.

Partlamış qarğıdalı

Partlamış qarğıdalı eynilə cipsi kimi zərərli qlükoza təşkil edən karbohidratlardan ibarətdir. Beləliklə, diş zərər verə bilər.

Pomidor

Pomidorlar turş tərəvəzdir. Bu, sadəcə, təzə pomidora aid deyil, eyni zamanda soslar və tomat üçün üçün də keçərlidir. Turşu dişlərə olduqca çox zərər verir və diş həssaslığına yol açır.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol